Nida.az
Ölkənin yarısı Putinə “peşkəş”, səfirin ölümündə 3 mistika... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Heç şübhəsiz ki, bu gün KİV-in bir nömrəli mövzusu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankaradakı öldürülməsi idi. Bir çoxlarının proqnozlaşdırdığı kimi, Türkiyə və Rusiya arasında yeni “soyuq müharibə” baş vermədi və liderlər soyuq başla düşünməyi bacardılar. Andrey Karlov Rusiyanın bir gün ərzində itirdiyi tək diplomat olmadı. Almaniya bu gün növbəti terror aktı baş verdi.
Rus səfirinin ölüm xəbərindən sonra bir çoxlarının ağlına ilk olaraq 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması gəldi. Fikirlər belə idi ki, tərəflər yenidən “soyuq müharibə” dövrünə qayıda bilər. Lakin bu baş vermədi. Moskva və Ankara kimlərində oyuna getmədi.
Hadisədən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək başsağlığı verdi və hadisə barədə onu məlumatlandırdı. Hər iki ölkənin rəhbərliyi yekdil fikirdə oldu ki, qətlin arxasında olanlar Rusiya-Türkiyə münasibətərini pozma ğa çalışırlar.
Bu gün Avrasiya tunelinin açılışında iştirak edən Türkiyənin Baş naziri Binəli Yıldırım Rusiya səfirinin qətli iki ölkə arasında münasibətləri pozmağa yönələn alçaq təxribat adlandırıb. Onun sözlərinə görə, Türkiyə-Rusiya əlaqələri inkişaf edəcək.
Bu gün Moskvada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Andrey Karlovun qətlinin bütün detalları müəyyən edilməlidir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı öz növbəsində qeyd edib ki, səfirin qətlində günahı olanların hamısı müəyyən edilərək cəzalandırılacaq. Onun sözlərinə görə, Rusiya və Türkiyənin mütəxəssisləri qətli araşdırmaq üçün birgə işləyəcəklər: “Biz bacardığımız hər şeyi edəcəyik ki, cinayət tam açılsın və onun arxasında duranlar tapılaraq ifşa edilsin”.
Qeyd edək ki, birgə komissiyasının işində iştirak edəcək rus heyəti artıq türkiyədədir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20-21 dekabr tarixlərində nəzərdə tutulan Ukrayna səfərini Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə ləğv edib. Səfərin nə vaxt olacağı hələlik məlum deyil. Çavuşoğlu Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməyi planlaşdırırdı.
Hadisə ilə bağlı ilkin araşdırmanın nəticələrinə görə, səfirin qatili Mert Altıntaş sərgi salonunda ümumilikdə 11 dəfə atəş açıb. Güllələrdən 9-u səfirə dəyib. Türkiyə KİV-i həmçinin onunla bağlı maraqlı detalları dərc edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb. Qatil Mert Altıntaşın anası və bacısı da saxlanılıb.
Türkiyənin ehtiyatda olan polkovnik Əhməd Zeki Üçok Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümünü hələ 4 gün əvvəl xəbər verib. “Çevrilişdən sonra XAOS prosesi başladılmışdır. Cənub-şərq (Türkiyənin cənub-şərqi, əsasən kürdlərin yaşadığı bölgələr - red.), İraq, Suriyadan şəhidlər. Şəhərlərdə qanlı hadisələr. İqtisadi təzyiqlər. Sui-qəsdlər. Birlik olaq" - deyə Əhməd Zeki Üçok "Twitter" səhifəsində bildirib.
ABŞ çıxılmaz duruma düşdü - Gülən Türkiyəyə verilir
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verməsi prosesinin başlanğıcıdır”. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Xarici Əlaqələr Komitəsinin sədri Mehmet Tozlu bildirib.
M.Tozlu deyib ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi rəsmi Moskva ilə Ankara arasında münasibətləri pozmağa hədəflənən təşəbbüsdür
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Publika.az-a eksklüziv açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri və parlament sədri Hikmət Çətin rus səfirin qətlini şərh edib. Andrey Karlovun Ankarada qətlə yetirilməsi Türkiyəni mürəkkəb vəziyyətə salıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan Ankarada öldürülən rus səfiri Andrey Karlovun ölümü ilə əlaqədar ilk şərh gəlib. Tramp rus səfirin qatili Mert Altıntaşı “radikal islam terrorçusu” adlandırıb.
Türkiyə KİV-i isə Mert Altıntaşın Fəthullahçı Terror Təşkilatı ilə əlaqələrinin olduğunu bildirir.
KİV Rusiya səfirinin ölümü ilə bağlı bir neçə mistikanı ortaya çıxarıb.
Bunlardan birincisi, Rusiya səfirinin qatili ilə I Dünya Müharibəsinin səbəbkarı arasında inanılmaz oxşarlığın olmasıdır. Xarici KİV Ankarada Rusiya səfirini öldürən qatil Altıntaş Mertlə 1914-ci ildə iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandı öldürən serb millətçisi Qavrilo Prinsip arasında zahiri oxşarlıq aşkar ediblər. Frans Ferdinandla Rusiya səfiri Karlovun bənzərliyi nəzərə çarpır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İkincisi Andrey Karlovun öldürüldüyü Müasir Sənətlər Mərkəzinin yerləşdiyi küçənin Con Kennedinin (ABŞ-ın 35-ci prezidenti. 1963-cü ildə sui-qəsd nəticəsində öldürülüb) adını daşımasıdır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Üçüncüsü, sui-qəsd gecəsi Rusiya prezidenti Vladimir Putinin Andrey Karlovun həyatını itirməsindən əvvəl Moskvada Malıy Teatrda (Rusiya Federasiyası Dövlət Akademik Malıy Teatr) səhnəyə qoyulan bir tamaşanı izləməyə getməsidir. Məlumata görə, bu tamaşanın yazarı 19-cu əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyedovdur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Səfir cinayəti Türkiyəni NATO-dan çıxardacaq”
Rus səfirin öldürülməsi Türkiyənin NATO-dan təcili çıxması haqqında məsələni gündəmə gətirəcək. Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı politoloq Aleksandr Duqin söyləyib. O, bu hücumun Su-24 insidenti ilə eyni mahiyyət daşıdığını bildirib. “Əsas əldə tutula bilinən fakt qətldə 15 iyul çevriliş cəhdini həyata keçirən FETÖ terror təşkilatının iştirakçı olmasıdır. Bu çevriliş Rusiya-Türkiyə yaxınlaşmasına mane olmaq məqsədi daşıyırdı. Səfirin qətli Ərdoğan və Türkiyənin prestijinə zərbə, ölkənin vətəndaş müharibəsinə cəlb edilməsi cəhdi idi. Biz bu provokasiyalara getməməliyik. Bu qətlin arxasında qlobalizm dövrünün başa çatmasını və çoxqütblü dünyaya keçidi istəməyən qüvvələr dayanır. Biz ədalətli dünyanın bərpası üçün dəhşətli qurbanlar veririk”.
Rusiyanın Türkiyədəki səfiri Anderey Karlovun öldürüldüyü gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yüksək ranklı məmumru evində ölü tapılıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın paytaxtı Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşü keçirilib. Görüşdə Suriyanın Hələb şəhəri ətrafındakı vəziyyət, şəhər sakinlərinin təxliyyəsi və Suriya probleminin həlli müzakirə olunub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu toplantıda bildirib ki, Rusiya, İran və Türkiyənin Hələb üzrə əməkdaşlığı öz effektivliyini sübut edib. Onun sözlərinə görə, üçtərəfli əməkdaşlığı Suriyanın başqa rayonlarına da yaymaq lazımdır.
“Hələb üzrə qarşılıqlı əlaqələrimiz bizə bir sıra müvəffəqiyyətlərə nail olmağa imkan verdi. İndi bütün ölkə ərazisində atəşkəsə nail olmaq üçün Suriyanın başqa rayonlarına bu qarşılıqlı əlaqələri yaymaq lazımdır”, - deyə o bildirib. Çavuşoğlu vurğulayıb ki, humanitar yardım hər hansı ayrı-seçkilik olmadan Suriyanın bütün sakinləri üçün əlçatan olmalıdır. O, vurğuladı ki, İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror qruplaşmaları atəşin dayandırılması haqqında danışıqlardan çıxarılıb.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib ki, Rusiya İran və Türkiyə ilə görüşündə Suriyadakı situasiyanın normallaşması üçün konkret və effektiv addımları müəyyən edəcək.
İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, Türkiyə, Rusiya və İran Suriya böhranına siyasi həll tapmaq üçün yeni danışıqlar prosesinə başlanılması barədə qərara gəliblər. İran xarici siyasət idarəsinin başçısı Suriyada atəşkəsin əldə edilməsi mövzusunda uzlaşacağına ümid etdiyini deyib.
Almaniyada terror
Bu gün Almaniya növbəti terror hadisəsini yaşayıb. Almaniyanın Visbaden şəhərində atışma baş verib. Naməlum şəxslər insanlara atəş açıb. Hadisə nəticəsində bir nəfər həlak olub, ikisi yaralanıb.
Dünən isə Almaniyanın paytaxtı Berlin şəhərində yük maşınının Milad yarmarkası ziyarətçilərinin üzərinə sürülməsi nəticəsində 12 nəfər ölüb.
“Kiyev ölkənin yarısını Moskvaya verməyə hazır idi” – ŞOK İDDİA
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının komandanlığı 2015-ci ilin qışında Donbas separatçıları, yaxud da Rusiyanın hərbi qulluqçuları tərəfindən bütün sol sahil Ukraynanın (Dnepr çayının sol sahili –red.) tutulmasına hazır idi. Bunu Ali Radanın deputatı, Ukrayna Milli Qvardiyasının “Azov” alayının komandiri Andrey Bileskiy “RBK Ukrayna” portalına müsahibəsində deyib.
“İnanın, mən Baş qərargahın əhval-ruhiyyəsini bilirəm. Onlar hesab edirdilər ki, müharibə davam edərsə, Poltava ilə Xarkovu itirəcəyik. Onlar bu haqda tamamilə sakit idilər”, - deyə Bileskiy bildirib.
Onun sözlərinə görə, hətta indi Xarkovun Ukrayna meylli əhalisinin sayı 30-40 faizdən çox deyil: “Bu, Luqansk və Donetsk vilayətlərinin Kiyevin nəzarəti altında qalan ərazilərdəki vəziyyətdən daha pisdir. Mariupolda Ukrayna meylli insanlar 30 faizdən çox deyil.
Bileskiy daha əvvəl bildirib ki, məhz Kiyevdəki məmurların qorxaqlığına görə Krım üzərində nəzarət itirilib.
Hələ ötən ilin yayında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko iddia edirdi ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynanın Dnepr çayının sol sahili boyu ərazilərinin işğalı planını hazırlayıb. Onun sözlərinə görə, sol sahil boyu Ukraynanın işğalı planı həmin ilin aprel ayında qəbul edilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Pekin nəhayət Vaşinqtona təslim olub. Pentaqon nümayəndəsi Piter Kuk Çinin daha əvvəl Cənubi Çin dənizində ələ keçirilmiş sualtı dronu (pilotsuz aparat) ABŞ-a qaytardığını təsdiqləyib. Xatırladaq ki, Çin dekabrın 15-də Filippin adalarında Subik Bey bazasının şimal-qərbində sualtı pilotsuz aparat ələ keçirib. Amma sonradan aparatın ABŞ-ın "Bowditch" gəmisindən suya okeanoqrafik tədqiqat üçün buraxıldığı məlum olub.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2017-ci ilin aprelində ölkədə keçiriləcək parlament seçkisində namizədliyini irəli sürəcək. Bunu S.Ohanyanın özü bəyan edib. O bildirib ki, müdafiə naziri vəzifəsindən azad edildikdən sonra təklif olunan bütün postlardan imtina edib. İnformasiyaya görə, əgər S.Ohanyan deputat seçilərsə, onun Ermənistanın yeni parlamentinə sədrlik edəcəyi ehtimal olunur.
Qeyd edək ki, dekabrın 23-də Ermənistanın sabiq müdafiə naziri, hazırda Serj Sarqsyan rejiminə qarşı müxalifətdə olan S.Ohanyanın liderlik etdiyi “Üçüncü Respublika" Partiyasının təsis qurultayı keçiriləcək.
Xatırladaq ki, Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezidenti Aparatı rəhbərinin müavini Viktor Dallakyan oktyabrın 10-da istefa verib. O, hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığını, 2017-ci ildə keçiriləcək parlament seçkilərində fəal iştirak etmək niyyətində olduğunu açıqlamışdı. Məlumata görə, yeni partiyanı Rusiyadakı iş adamları maliyyələşdirəcək.
Ömər Dağlı
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı