Milli Şuranın üzvlərinin sayı: qurumun yarısı boşalıb
Bizi izləyin

Nida.az

Milli Şuranın üzvlərinin sayı: qurumun yarısı boşalıb

Milli Şuranın üzvlərinin sayı: qurumun yarısı boşalıb

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın mayın 3-də keçirilən iclasında qurumdan çıxdıqlarını bəyan etdi.

Hazırda partiyanı geri qaytarmaq üçün qurum daxilində iş aparılsa da, faktiki olaraq KXCP öz mövqeyində qaldığını açıqlayıb.

Partiya sədrinin müavini Xəzər Teyyublu Publika.Az-a bildirib ki, KXCP Milli Şurada 10 nəfərlə təmsil olunur.
“Qurumdan çıxmaqla bağlı qərarımız qüvvədədir”-deyə o bildirib.

Qeyd edək ki, KXCP qurumdan ayrılmaqla Milli Şura üzvlərinin sayı 74 olub. Belə ki, Müsavat Partiyasının bu ilin yanvarında qurumdan istefasının ardınca Milli Şurada boşalma müşahidə olunur. 40 nəfərin iştirak etdiyi son sessiyada ümumi sayın 85 olduğu açıqlanıb.

Həmin sessiyada yeni üzvlərin qəbul edilməsinə etiraz olaraq hüquq müdafiəçisi Akif Hüseynov istefa verib. Ardınca KXCP eyni addımı atıb. Hazırda Milli Şura 73 nəfərlə yoluna davam edir. Xatırladaq ki, Milli Şura 138 üzvlə yaradılmışdı.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm