Nida.az
Nazarbayev Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan TƏŞVİŞ İÇİNDƏ
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rol oynaya bilər.
Publika.az xəbər verir ki, ötən həftə Nursultan
Nazarbayevin münaqişənin həlli ilə bağlı yeni təşəbbüslər
hazırlayacağı haqda informasiya yayıldı.
Nazarbayevin belə bir təşəbbüsü Astanada keçirilən Suriya
görüşündən sonra gündəmə gəlməsi təsadüfi deyil. Ehtimal etmək olar
ki, ATƏT-in Minsk qrupundan kənarda, Türkiyə, Rusiya, eləcə də
İranın iştirakı ilə Astanada Qarabağ görüşü keçirilsin.
Erməni siyasi şərhçi Pavel Dallakyanın dedikləri də bu kontekstdə
diqqət çəkir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ
üçün yeni presedent yaratdı: “Mümkündür ki, ATƏT-in Minsk qrupu
arxa plana keçirilsin və Rusiyanın vasitəçiliyi ilə Qarabağ üçün
Astana görüşü təşkil edilsin”.
Bu situasiya Ermənistanda ciddi təşviş yaradıb. Xüsusilə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi
İttifaqında Ermənistanla birlikdə təmsil olunan Qazaxıstanın bu
mövqeyi erməniləri hiddətləndirir.
Ermənistan parlamentinin deputatı Tevan Poqosyan “Nazarbayev bunun
üçün İrəvandan icazə almalıdır” kimi isterik açıqlama verib.
“Bu gün Nazarbayevin Azərbaycanla bağlı mövqeyi və Bakıya dəstəyi
açıq şəkildə görünür. Buna görə də onun Qarabağ məsələsində
vasitəçi olma istəyinin Ermənistanda qəbul edilməyəcəyi məlumdur”,
- deyə o bildirib.
Qeyd edək ki, N.Nazarbayev KTMT-də və Avrasiya İqtisadi İttifaqında
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəfələrlə
müdafiə edib.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi