Nida.az
Ərdoğanın ustadı, "gülən adam" öldü - FOTO
Publika.Az türk mediasına istinadən xəbər verir ki, Kiprin “üzü gülən adamı” kimi tanınan Nəqşbəndi Şeyx Muhammed Nazım Adil Kiprli 20 gün sürən xəstəlikdən sonra xroniki qaraciyər çatışmazlığı səbəbindən 92 işində həyatını itirib.
20 gün xəstə yatan Kiprlinin ölüm olduğunu açıqlanıb. Onun ölümü ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Dərviş Eroğlu Şeyxin ölümü ilə bağlı başsağlığında bildirib ki, Kipr türk xalqının içindən çıxmış bir dəyər olan Şeyx Nazım Kiprlinin İslam dünyası və insanlığa xidmətlərini unutmayacağıq.
Ərdoğan da öz mürşidini unutmurdu. O, ötən ay xəstələnən mürşidinə
telefon açaraq danışıb. Həmçini9n, öz şəxsi həkimlərini də Şeyxin
müalicəsi üçün Kiprə göndərmişdi.
Kiprdə yaşayan və Lefkedə dərgahı olan şeyxin başda ABŞ və Avropa
olmaqla bir çox ölkədə müridləri var idi. Evli və dörd övlad atası
olan Kiprli 2011-ci ildən sonra özündən sonra varis kimi oğlu
Mehmet Adili qoymuşdu.
Şeyx Nazım Kiprli Mövlanə Nazım Əl-Hakkani olaraq da tanınır.
1922-ci ildə Kiprdə Larnakda dünyaya gəlib. Nəsli ana tərəfdən
Mövlanə təriqətinin yaradıcısı Mövlanə Cəlaləddin Rumiyə, ata
tərəfdən Qədiri təriqətinin qurucusu Abdulkadir Geylaniyə qədər
gedib çıxır. İstanbulda Kimya fakültəsini oxumaq üçün universitetə
yazılan Nazım Adil siyasi məsələlərə görə yenidən Kiprə qayıdıb.
Türk, ərəb, ingilis və Kipr yunancasında danışa bilir.
O, Türkiyədə ərəbcə azanın qadağan olunmasından sonra Kiprə dönür. Gəldiyi ilk gün minbərə çıxıb qadağaya etiraz olaraq ərəbcə azan oxuyur. Buna görə həbsə atılır. Həbsdən çıxandan sonra yenidən minbərə çıxıb ərəbcə azan oxumağa davam edir. Haqqında 114 ayrı-ayrı maddə ilə məhkəmə davası açılaraq 100 il həbs olunması tələb edilir. Lakin Adnan Menderes zamanında ərəbcə azana görə açılan bütün məhkəmə işləri ləğv edildi.
Asif
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi