Nida.az
YAP-dan “Human Rights Watch”un hesabatına sərt reaksiya
“Bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edir. 20 ildir onların hesabatında Azərbaycan əleyhinə materiallar dərc olunur”.
Bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında “Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı hesabatına münasibət bildirərkən deyib. S. Novruzov qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Ölkəmiz Avropa Şurasının üzvüdür və buna görə bizdə siyasi məhbus ola da bilməz. Kimsə həbs olunubsa, məhkəmənin qərarından narazıdırsa, yuxarı instansiyalara müraciət etsin, daha sonra Avropa Məhkəməsinə üz tutsun. Heç kim buna maneə yaratmayıb. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra Avropada belə rəy ola bilməz. Çünki insan hüquqlarına nəzarət məsələsinə Avropa Məhkəməsi və komissiyaları baxır”.
S. Novruzov əlavə edib ki, bu məsələ ilə bağlı hansısa QHT-nin
danışması, hesabat hazırlaması mənasızdır.
Qeyd edək ki, “Human Rights Watch” təşkilatı Azərbaycanda insan
haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda
Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi, son
iki ildə hökumətin 38 siyasi fəal, jurnalist, blogger və hüquq
müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürdüyü və onların
əksəriyyətinin həbsdə olduğu qeyd olunur.
Asif
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU