Nida.az
Həmsədrlər Laçın və Kəlbəcərdəki vəziyyətdən razı qalmayıblar
Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri mandata uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin müşahidə etmək məqsədi daşıyıb.
Publika.Az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında Minsk qrupu həmsədrlərinin regiona səfəri ilə bağlı yerləşdirilən məlumatda deyilir. Bildirilir ki, həmsədrlər həmçinin yerli infrastrukturun vəziyyəti ilə maraqlanıblar. İnfrastruktur normal olsa da, əhalinin sayının azlığı diqqət çəkib.
Məlumata görə, səfər zamanı həmsədrlər Sərsəng su anbarına da baş çəkərək onun fəaliyyəti və statusunu müzakirə ediblər. Onlar tərəflərin su anbarından bölgənin xeyrinə birgə istifadəsi barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər.
Mayın 19-da həmsədrlər Tərtər yaxınlığındakı təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər.
Diplomatların fikrincə, atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə əsas yaradır.
Məlumata görə, səfər zamanı həmsədrlər Bakı və Yerevanda rəsmi
şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki
yerli rəhbərləri ilə görüşlər keçiriblər. Onlar Bakıda Dağlıq
Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər.
Görüş zamanı sülh prosesinin elementləri müzakirə olunaraq qeyd
edilib ki, bu elementlər həmsədr ölkə rəhbərlərinin 2009 və 2013-cü
illərdə verdikləri birgə bəyanatlarda əksini tapıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov
(Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və yeni fransalı
həmsədr Pyer Andrie mayın 16-19-da bölgəyə səfər ediblər.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?