Nida.az
Bayram Səfərov: "Ermənistanı bəyənməyən erməni Qarabağa köçərmi?"
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov həmsədrlərin regiona səfərinə münasibət bildirib.
B.Səfərov Publika.Az-a açıqlamasında bunu normal qiymətləndirdiyini, sülh danışıqlarına xeyir verə biləcəyini açıqlayıb: “Danışıqlar lazımdır. Həmsədrlər də hər iki tərəfin fikirlərini öyrənməli, ümumi vəziyyətlə tanış olmalı, buna uyğun addımlar atmalıdır. Həmsədrlərin bir çox səfəri turist səfərinə oxşasa da, hesab edirəm ki, bu dəfəki səfəri müsbət nəticələr verəcək”.
B.Səfərov həmsədrlərin işğal olunmuş ərazilərdə əhali sayının az olması ilə bağlı dediklərinə münasibət bildirərkən qeyd edib ki, bu, təəccüblü deyil.
“Ermənilər bu torpaqda arta bilməz. Əhali Ermənistanı tərk edir. Nə üçün dağıdılmış ərazilərdə yaşamalıdırlar” -deyə o bildirib.
Qeyd edək ki, ATƏT-in rəsmi saytında yayılan məlumatda deyilir
ki, Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri mandata uyğun
olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin müşahidə
etmək məqsədi daşıyıb. Həmsədrlər həmçinin yerli infrastrukturun
vəziyyəti ilə maraqlanıblar. İnfrastruktur normal olsa da, əhalinin
sayının azlığı diqqət çəkib.
Asif
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO