İsa Qəmbər Cəmil Həsənli ilə birləşir? - FOTO
Bizi izləyin

Nida.az

İsa Qəmbər Cəmil Həsənli ilə birləşir? - FOTO

İsa Qəmbər Cəmil Həsənli ilə birləşir? - FOTO

İsa Qəmbər Cəmil Həsənlini yanına çəkmək istəyir.

Bu barədə Publika.Az- Milli Şuranın adının açıqlanmasının istəməyən üzvü məlumat verib.

Məlumata görə, Müsavat başqanı C. Həsənli ilə danışıqları Pənah Hüseynə həvalə edib: “Mayın 21-də (dünən-red) günün ikinci yarısında Pənah bəy Cəmil Həsənli ilə görüşüb ona İsa bəyin istəyini çatdırıb. İsa bəy ondan Milli Şuranın sədrliyindən istefa verməyi və bundan sonrakı yolda onunla birgə addımlamağı təklif edib”. Lakin C. Həsənlinin cavabı haqda dəqiq məlumata malik olmadığını deyən qurumun üzvü son vaxtlar Əli Kərimli ilə C. Həsənli arasında soyuqluğun yarandığını da qeyd edib.

“Fransa prezidentinin səfərindən sonra aralarında narazılıq yaranıb. Əli bəy Cəmil Həsənliyə onun da Ollandla görüşünü təşkil edəcəyinə söz vermişdi, lakin bu alınmadı. Beləliklə, C. Həsənlinin müxalifət əsas qurumunun rəhbəri olması iddiası “suya düşdü”. Pənah bəylə görüşdə C. Həsənliyə bunlar da deyilib və ona Müsavatın gələcəkdə yaratmaq istədiyi müxalifət birliyində təmsil olunmaq təklifi verilib. Cavabsa hələlik qeyri-müəyyəndir”- deyə məlumatda qeyd edilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm