Nida.az
Vaşinqtonun Bakı üçün sensasion layihəsi: Kremlə tələ
Səfir Morninqstarın məlum müsahibəsi Vaşinqtonda
hazırlanıb. Ağ Ev Bakını Kremlin caynağından qurtarmağın yeni
yolları üzərində düşünür.
Ukraynadan sonra regionda yaranmış qəliz situasiya fonunda
amerikalı diplomatın müsahibəsi və rəsmi Bakının sərt mövqeyi
“Azərbaycan üzünü Şimala doğru çevirdi” versiyasını gündəmə
gətirdi. Bu həm də ona görə inandırıcı görünürdü ki, Cənubi
Qafqazda Azərbaycan faktoru üzərində qələbə Qərbi sərhədlərindən
uzaqlaşdırmaq baxımından Rusiya üçün taleyüklü məsələdir. Buna
paralel olaraq Vaşinqton dəhlizlərində Qafqaz strategiyasının əsas
oyunçusu Bakını itirməməyin yolları üzərində düşünülmədiyini də
demək çətin olardı.
Kreml və Ağ Evin Cənubi Qafqaza yanaşması: Azərbaycana
yönəlik açıq kartlar
Cənubi Qafqazda Azərbaycan üzərində təsir gücünün artırılması
bütünlükdə regionda dominant gücə çevrilmək deməkdir. Belə ki,
Ermənistan Rusiyadan nə qədər asılı olsa da, bu Moskva üçün “quru
torpaqdan” başqa bir şey deyil. Gürcüstanın alacağı yol isə
Azərbaycandan asılıdır. Çünki iqtisadi cəhətdən Bakıdan daha çox
asılı olan Tiflis siyasətini də bu yöndə qurmaqda maraqlıdır.
Türkiyə-Azərbaycan-Gürcüstan prezidentlərinin Tiflis sammiti bu
fikri daha da gücləndirdi. Beləliklə Azərbaycanın önəmi burda daha
qabarıq görünür.
Rəsmi Bakı Qərb və Şimal təzyiqlərinə rəğmən balans siyasətini
qorumağa çalışır, bu nə qədər çətin olsa belə. Söhbət yaxın qonşu
Rusiya və enerji partnyoru olan uzaq Qərbdən gedir. Bu vaxta qədər
Bakının balans siyasətinə hər iki tərəf loyal yanaşırdı, hər halda
bəzi məqamları çıxsaq, bu, belə görünürdü. Lakin xüsusilə
Ukraynadan sonra Qərb və Rusiya Bakını öz tərəfinə çəkməkdə
güzəştsiz oynayırlar. Tərəflərin kartları isə açıq olaraq
ortadadır.
Rusiya üçün Azərbaycan:
1. Moskva buna nail olarsa, Qərbi ən azından bir xal geridə qoymuş
olar.
2. Bölgədən çıxarılan Qərbin Rusiyada hiss olunan təhlükələri
qismən də olsa azalar.
3. Şimali Qafqazın rəngarəng etnomənzərəsində yer alan xalqların
gələcəkdə müstəqillik əldə etmək istəyi uzun müddətli səngiyə və
Moskvanın burda gücünü bütövləşdirə bilər.
4. Azərbaycanın enerji resurslarının birbaşa deyil, Rusiyanın
vasitəsilə Avropaya verilməsi təmin edilə bilər ki, bu da Kremlin
Avropa üzərində əsas rıçaqlarından olan enerji amilini gücləndirə
və Rusiyanın Qərbdən gələn təhlükələri aradan qaldıra, hətta
əvvəlki fövqəlgücünü qismən də olsa özünə qaytara bilər.
Qərb üçün Azərbaycan:
1. Azərbaycan üzərində əsas təsiri ələ almaqla Gürcüstanı da
Rusiyadan qoruya bilər.
2. Cənubi Qafqazda güc balansını xeyrinə dəyişə bilər.
3. Rusiyanın “Axilles dabanı” olan Şimali Qafqaza bir addım da
yaxınlaşa və “dağıtma prosesini” burdan başlaya bilər.
4. Azərbaycan tranziti ilə Türkmənistan (gələcəkdə İranın da olması
mümkün görünür) və Azərbaycanı qazı hesabına yaxın perspektivdə
Avropanı Moskvanın əlindən xilas edə bilər.
Vaşinqton və Moskvanın oxşarlığı: Təzyiq
Bütün önəmə rəğmən, hər iki cəbhə Bakını “qanadı altına almaq”
siyasətini siyasi etikadan uzaq aparır. Burada əsas vasitə
təzyiqdir.
Rusiya: Moskvanın Azərbaycana təzyiq metodları
sırasını ilk olaraq Dağlıq Qarabağ tutur. Ardınca Rusiyada işləyən
miqrant soydaşlarımız, daha sonra və ən təhlükəlisi hesab edilən
etnik kart amili daxildir.
Qərb: qərblilərin metodları daha ritorikdir. Onlar
demokratiya, insan haqları, siyasi məhbus kimi məsələlərdən
məharətlə istifadə etməyi bacarırlar.
Bakının ağıllı gedişi, Obamanın təbriki
İki güc və iki təzyiq arasında qalan Bakı davranışları “qulağımızın
dibindən uçuşan güllələrdən güclə qorunmağa bənzəyir” və
zaman-zaman bu iki güc arasındakı uçurumdan məharətlə istifadə
etməkdir. Təsadüfi deyil ki, uzun müddət ayaqda qalmağımızın əsas
səbəbləri başında bu gəlir.
Və son proseslərdə Bakı yenə öz məharətini sərgilədi. Amerikalı
diplomatın gözlənilməz səhvi yaxşı fürsət idi. Azərbaycan Qərbə
sərt mesajlarla Rusiyanın könlünü bir qədər oxşamış oldu, həmçinin
özünün nə qədər əhəmiyyətli olduğunu bir daha hiss etdirə bildi.
Sonuncu seçkidən sonra uzun müddət susqunluğunu qoruyan Barak
Obamanın 28 May- Müstəqillik Günü münasibəti ilə hər kəsi
qabaqlayıb təbrik məktubu göndərməsi də təsadüfi deyil. Obama
dolayısı ilə “biz sizin dəyərinizi bilirik” demək istəyir.
Azərbaycansa yenə yoluna davam edir, hər-halda bütün gedişlər
Ermənistanın gününə düşməməyə hesablanıb.
Rusiya üçün düşünülmüş tələ və ya azərbaycanlı ekspert
nələri açıqladı
Lakin diplomatik mənbənin Publika.az-a verdiyi
məlumat hər şeyə daha fərqli müstəvidə yanaşmağı tələb edir. Uzun
müddət ABŞ institutları ilə əməkdaşlıq etmiş, bir müddət ABŞ-ın
Azərbaycandakı səfirliyində çalışmış azərbaycanlı ekspert adının
açıqlanmayacağı təqdirdə önəmli bir xəbəri paylaşmağa razı oldu.
İstəyi təmin olunduqdan sonra o, “sizcə, qocaman amerikalı diplomat
Bakını bu qədər qıcıqlandıracaq, xüsusilə indiki həssas dönəmdə,
fikirləri deyərdimi?” sualı ilə başlayır. Və davam edir.
“Bu, Bakı ilə razılaşdırılıb. Səbəb Rusiyadır. Hər kəsə məlumdur
ki, Rusiya Ukraynadan sonra əsas gücünü Azərbaycana verəcək. Lakin
Moskva daha tez tərpəndi, onu “Ukrayna bataqlığı”nda boğmaq
istəklərini anladı və üzünü ehtiyatla Qafqaza, Azərbaycana çevirdi.
Azərbaycan bu ölkə ilə həmsərhəddir və müəyyən mənada asılılıqları
var. Hansı ki, Rusiya Bakının zəif nöqtələrindən tez-tez vurmağı
unutmur. Belə bir məqamda Qərb, yəni ABŞ Bakıdan "Rusiyadan birbaşa
üz döndər" istəyini tələb edə bilməz. Bu, Azərbaycanın itirilməsi
və Qərbin Qafqazda intiharı deməkdir. Bu baxımdan, münasibətlərin
gərginləşməsi, getdikcə soyuqlaşması görüntüsünə ehtiyac var idi və
bu baş verir. Güman ki, bundan daha pis nümunələr ortaya çıxacaq.
Lakin bu heç də Azərbaycanın Rusiyaya meyillənməsi demək deyil.
Çünki Qərb Ukrayna təcrübəsində bunun ağrısını yaşadı. O baxımdan,
ehtiyatlı davranırlar”,- deyə azərbaycanlı ekspert bildirir.
Bu, nə qədər sensasion olsa da, ağlabatandır. Həqiqətən də,
təcrübəli Morninqstarın səhvi düşündürücü idi. Axı Ağ Ev onu Bakıya
regionu yaxşı tanıdığı və enerji siyasətini bildiyi üçün
göndərmişdi. İndiki məqamda Qərbin Bakını küsdürəcəyi gözlənilməz
olduğu halda, bu halın yaşanması ortada daha uzaq perspektiv üçün
“siyasi layihənin” olduğu ehtimalını yaradır.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO