Nida.az
"Qarabağ münaqişəsi İranın xeyrinə deyil"
Dağlıq Qarabağ münaqişəsinin həll olunması İranın xarici siyasətinin əsas hədəflərindən biridir. Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib.
M.Pakayin deyib ki, heç şübhəsiz bölgənin təhlükəsizliyinin
təmini İran üçün çox önəm daşıyır və elə buna görə çalışırıq Dağlıq
Qarabağ münaqişəsi öz həllini tapsın.
"Bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir
hissəsini əhatə edir. Azərbaycan və Ermənistan arasında qarşıdurma
bu iki ölkənin xeyrinə deyil və əlbətdə İranında xeyrinə deyil",
-deyə Pakayin bildirib.
O, əlavə edib ki, İran bəlli bir zaman çərçivəsində Qarabağ
münaqişəsinin həlli üçün vasitəçilik edib.
"Lakin hazırda elə görsənir ki, münaqişə tərəfləri Qarabağ
probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həllini istəyirlər.
Minsk qrupu 20 ildir fəaliyyət göstərir, lakin münaqişənin həlli
üçün heç bir addım atmayıb", -deyə Pakayin bildirib.
Pakayin deyib ki, ATƏT-in Minsk qrupuna üzv ölkələr Qarabağ
münaqişəsinin həllində maraqlı deyil.
Qeyd edək ki, İran dəfələrlə bildirib ki, əgər münaqişə tərəfləri
istəyərsə, İran Dağlıq Qarabağ probleminin həllində vasitəçilik
etməyə və problemin həllinə yardım etməyə hazırdır. /Trend/
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU