Nida.az
İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın
Prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu
ünvanlayıb.
Təbrikdə deyilir: " Gürcüstanın milli bayramı münasibətilə Sizə və
bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi yetirirəm.
Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban
qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı
anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün
sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.
Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə
xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx
əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin
çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət
edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO