Nida.az
AŞPA yay sessiyasının gündəliyi açıqlandı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.
İyunun 23-də öz ilk iş gününə başlayacaq sessiyanın yığıncağında
AŞPA sədri yaz sessiyasından ötən dövr ərzində rəhbərlik etdiyi
təşkilatın fəaliyyəti barədə hesabat verəcək, gündəlik təsdiq
olunacaq, büro və daimi komitənin fəaliyyəti müzakirə ediləcək,
Ukraynada prezident, Makedoniyada prezident və parlament
seçkilərinin nəticələri barədə məlumat veriləcək, Nazirlər
Komitəsinin fəaliyyətdə olan sədri, Azərbaycanın xarici işlər
naziri qurumun gördüyü işlərdən danışacaqdır.
İyunun 24-də Avropa Şurası baş katibinin və İnsan Haqları üzrə
Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, avropalı
deputatlar gizli yolla kütləvi şəkildə İtaliya sahillərinə çıxan
miqrantların vəziyyəti, Avropa Parlamentində islahatlar məsələləri
ətrafında fikir mübadiləsi aparacaqlar.
Sonrakı günlərdə Qərbi Saxara münaqişəsinə dair qətnamə,
mədəniyyətlərarası cəmiyyətlərdə müxtəliflik və eynilik, ən yaxşı
Avropa demokratiyasına doğru, Avropa Şurası İnkişaf Bankının
hesabatı, Avropa administrasiyasında dəyişikliklər, Avropa
Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi və digər məsələlər
müzakirə ediləcəkdir.
Sessiya çərçivəsində Birinci Dünya müharibəsinin 100 illiyi ilə
bağlı mərasimin də keçirilməsi nəzərdə tutulur.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO