Nida.az
Suriyada azərbaycanlı mücahidlərlə bağlı daha bir ŞOK – FOTOLAR
Suriyada “cihad” adı altında döyüşə gedən azərbaycanlılarla bağlı daha bir maraqlı məlumat əldə etmişik.
Sumqayıt şəhər sakinləri Publika.az-ın müxbirinə bu şəhərdən olan mücahidlərin ailələrinə pul göndərdiyini deyib. Konkret ad məlum olmasa da, iddia olunur ki, azərbaycanlı mücahidlər hər əməliyyat üçün 2 min dollar məvacib alırlar.
Qeyd edək ki, azərbaycanlıların muzd qarşılığında Suriyada
döyüşdüyü xəbəri cihadçılar, həmçinin ölkədəki sələfilər tərəfindən
israrla təkzib edilsə də, buna dair informasiyalar da yayılmqdadır.
Bir neçə ay öncə Publika.az-a daxil olan digər məlumatda deyilir
ki, İsmayıllı rayonunun Sumağallı kənd sakini Murad adlı şəxs
(soyad və atasının adını dəqiqləşdirə bilməmişik-red) Suriyaya
getməyinin müqabilində 20 min ABŞ dolları alıb. Murad artıq bir ay
imiş ki, Suriyaya gedəcəyini ailəsinə bildirib və dediyini edib.
Bir gün onun səsi Suriyada döyüşənlər arasından eşidilir. O, ailəsi
ilə mütəmadi telefon əlaqəsi də saxlayır. Amma “bir daha evə
qayıtmayacağam” da deyərək onu gözləməmələrini bildirir. Onun
Suriyada döyüşlərə qatılmasından bir müddət sonra naməlum şəxslər
ailəsi ilə əlaqə saxlayaraq 20 min ABŞ dolları verib. Mənbə
bildirir ki, pulun necə verilməsi dəqiq deyil, sadəcə olaraq, əlaqə
saxlayan şəxslər pulu hansısa yerə qoyur və ailəyə yerin adını
bildirirlər. Lakin ailənin pulu götürüb-götürməməsi də dəqiq
deyil.
“Polisə desəniz, evinizi partladacağıq”
Muradın Suriyaya gedəcəyini deməsinə baxmayaraq, ailənin təhlükə
ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verməməsi də açıq
suallar buraxır. Mənbə isə bunu qorxu ilə əlaqələndirir.
“Desəydilər, evlərini partlada bilərdilər. Ümumiyyətlə, Murad
onlara qoşulandan onda dəyişiklik hiss olunurdu. Çünki əvvəllər
maddi vəziyyəti aşağı idi, lakin birdən-birə özünə iki maşın aldı
və bir çox diqqət çəkən şeylər etdi. Görünür, etdiklərinin və
verdikləri pulun müqabilində ondan Suriyaya getməsini istəyiblər”,–
deyə mənbə bildirmişdi.
Suriyada azəri camaatı –
“Təbuk”
Mücahidlərin saytlarında yayılan məlumatlara əsasən, apardığımız
araşdırmada Suriyada döyüşən aszərbaycanlılarla bağlı məqamlara
rast gəldik. Belə ki, 3 il öncə Suriyada Bəşər Əsədə qarşı
başlayan, daha sonra dini müstəviyə keçən müharibəyə yüzlərlə
azərbaycanlı qoşulub. Bu günə qədər 100-ə qədər soydaşımız bu
müharibədə öldürülüb.
Yayılan məlumatlara görə, Əsədə qarşı vuruşan dəstələrdə iştirak edən azərbaycanlılar 10 il öncə Qarabağda partizan müharibəsinə başlamaq məqsədilə yaradılan “Təbuk camaatı” (İslam tarixində ən böyük savaşlardan biri Təbuk müharibəsidir) Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Daha sonra bu camaat Çeçenistan müharibəsində aktiv iştirak edir və bu gün Suriyada Əsədə qarşı döyüşən azərbaycanlıların əksəriyyəti bu camaatın üzvləridir.
Lakin ümumi olaraq Əsədə qarşı vuruşsalar da, Nusrə, İŞID və
Ahraru-Şam qruplaşmaları altında bölünüblər. Məlumatlara görə,
onlar arasında ciddi fikir ayrılığı mövcuddur. Ən ilginc
iddialardan biri isə azərbaycanlıların Suriyada Səudiyyə
Ərəbistanının siyasətinə qulluq etmələridir. Buna səbəb kimi
onların əksəriyyətinin bu ölkədə təhsil almaları göstərilir.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı



































