Nida.az
Azərbaycan - Anqola iqtisadi əlaqələri genişlənəcək
İqamətgahı Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində olan Azərbaycanın Anqoladakı səfiri Elxan Poluxov Anqolanın iqtisadiyyat naziri Abrahak Pio dos Jantos Qourqellə görüşüb.
Azərbaycanın CAR-dakı səfirliyindən verilən məlumata görə, görüş
zamanı hər iki ölkənin neft və qaz ölkəsi olması ilə yanaşı,
iqtisadi əlaqələrin bütün sahələrinə diqqət yetirilməsinin
vacibliyi səsləndirilib. Nazir bildirib ki, Anqola iqtisadiyyatının
demək olar ki, əksər sahələrinin inkişafina dəstək tələb olunur və
Azərbaycan kimi ölkənin öz təcrübəsinı və imkanlarını bölüşməsi hər
zaman alqışlanır. Səfir E.Poluxov Anqola Prezidentinin Azərbaycanda
təhsil alması səbəbindən ölkəmizin Anqolada yaxşı tanındığını və bu
amilin iş adamları üçün müsbət bir işarə olduğunu qeyd edib.
Bununla yanaşı, Azərbaycan ilə Anqola arasında iqtisadi əlaqələri
tənzimləyən qanunvericilik bazasının olmamasının bir sıra
çətinliklər yaratdığı bildirilib və bu vəziyyətin birgə səylər
nəticəsində dəyişdirilməsinin zəruriliyi vurğulanıb.
Anqolalı nazir Azərbaycanın iqtisadi inkişafının uğurlu model
olduğunu söyləyərək, əlaqələrin genişləndirilməsi üçün bütün zəruri
işlərin görüləcəyini deyib.
E.Poluxov Anqolanın Gənclər və İdman Nazirliyinin dövlət katibi professor Albino da Kanseiçeo Jose ilə də görüşüb. Görüş zamanı hər iki ölkələrdə idman sahəsində aparılan işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat mübadiləsi aparılıb, gələcəkdə müxtəlif birgə layihələrinin həyata keçirilməsinə dair fikirlər səsləndirilib. /Trend/
-
Hadisə05:15Faciəvi şəkildə ölən müəllimin görüntüləri - Video
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi




































