Nida.az
Daha bir partiya sədri Milli Şuradan gedə bilər
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli Şuradan çıxa bilər. Buna səbəbsə onun davamiyyət qaydasını pozması, qurumun işində yaxından iştirak etməməsidir.
E. Musayev Publika.Az –a bildirib ki, onun üçün heç bir problem yoxdur: “Mən şəxsi işlərimə görə, uzun müddətdir Milli Şuranın iclaslarında iştirak edə bilmirəm. Lakin bizim qorxumuz yoxdur. İstənilən qərarı özümüz veririk. Əgər mənimlə bağlı Milli Şura qərar qəbul etsə, ona uyğun da hərəkət edəcəyik. Bizim üçün heç bir problemi yoxdur”.
BAP sədri şəxsi işlərinə görə hələlik Milli Şurada yaxından
iştirak edə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə bir neçə üzv Milli Şuradan davamiyyətə
görə çıxarılmışdı.
Milli Şura ilə yanaşı, Demokratik Qüvvələrin Birliyində də (DQB)
təmsil olunan E. Musayev deyib ki, DQB-nin seçki blokuna çevrilməsi
ilə bağlı təkliflər var və onlar buna hörmətlə yanaşırlar.“Lakin
biz qərarımızı özümüz veririk. Hər bir siyasi təşkilat bu məsələdə
sərbəstdir. Kim hansı qərar verirsə hörmət etmək lazımdır.
Azərbaycanda isə belədir ki, qərar verən kimi əks cəbhədən söyüş
söyməyə başlayırlar. Söyüş siyasətini yığışdırmaq lazımdır. Bu heç
kəsə, söyüş söyənlərin özlərinə də xeyir vermir. Hansısa təşkilat
qərar verirsə, ona hörmətlə yanaşılmalıdır. Heç kəsi təzyiqlə təsir
altında saxlamağa lüzum yoxdur. Təəssüf ki, Azərbaycanda siyasilər
söyüşdən, hay-küydən qorxular. Bunu kənara atmaq lazımdır”-deyə BAP
sədri vurğulayıb.
Asif
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri