Nida.az
Əsəd ordusundakı azərbaycanlıların qazancı – Şok iddia
Suriyada Bəşər Əsəd tərəfindən döyüşən şiələrlə bağlı şok iddialar irəli sürülüb.
Publika.az mücahidlərin saytlarına istinadən xəbər verir ki, farsların, azərbaycanlıların, əfqanların olduğu şiə qruplaşmalarında döyüşənlərin aylıq 500 dollar maaş aldığı iddia edilir. İddialara görə, İran “həzrəti Zeynəbin türbəsi təhlükədədir” deyə müxtəlif ölkələrdən olan şiə məzhəbinə məxsus insanları Suriyaya Əsədə dəstək üçün göndərir. Döyüş qarşılığında isə onların hər birinə müxtəlif təzminatlar yaradılır.
Bura 500 dollarlıq aylıq əməkhaqqı, İranda yaşamaq üçün icazə, həmçinin ailələrinin təhlükəsizliyi daxildir. Bütün bunların əvəzində isə şiələr Əsəd tərəfindən müxalif qruplara qarşı döyüşməlidir.
İddialara görə, müxtəlif ölkələrdən, xüsusilə Azərbaycandan və Əfqanıstandan İrana gələn şiələr burda silahlı təlim keçdikdən sonra Suriyaya yola salınırlar. Azərbaycandan yüzlərlə şiə məzhəbinə məxsus insanların bunun üçün İrana getdiyi deyilir. Onların daha çox əvvəl İranda təhsil alanlar olduğu iddia edilir. Əfqanıstandan gələnlərin sayı isə minlərlədir.
Əfqanıstandan olan Əhməd adlı şəxs ailəsindən iki şəxsin Suriyaya Əsəd üçün döyüşməyə getdiyini deyir. Bildirir ki, onlara Şam yaxınlığından yerləşən “Seyidə Zeynəb” türbəsini qorumaq üçün İran onlara pul təklif edib.
Azərbaycana gəldikdə isə, burdan gələnlərin Əfqanıstan qədər olmasa da, Suriyada döyüş başlayandan etibarən daim gəldiyi bildirilir. Məlumatlara görə, əvvəlcə İranda təhsil alıb orda yaşayanlar, xüsusilə Qum şəhərində olanlar gedirmiş, daha sonra Azərbaycanın şiə məzhəbinin güclü olduğu bölgələrdən axın başlayıb. Hazırda dəqiq sayı bilinməsə də, gedənlərin yüzlərlə olduğu deyilir.
Əsəd ordusunda döyüşən mücahidlər öldürüldükdə isə İran tərəfi
onların ailələrinə 4 300 ABŞ dolları pul ödədiyi açıqlanır. Ən
maraqlısı isə öldürülənlərin, adətən, öz ölkələrinə göndərilmədiyi,
İranda onlar üçün xüsusi yas mərasimi keçirildiyi bildirilir.
Cəsədləri şiələr üçün müqəddəs hesab edilən İraqın Nəcəf, İranın
Qum şəhərlərində dəfn olunur.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı