Nida.az
ABŞ kəşfiyyatının “kölgəsi”: “Azərbaycanda ruslar hərəkətə keçib”...
ABŞ kəşfiyyatının leqal qurumu kimi tanınan “Stratfor” (buna CİA-nın kölgəsi də deyilir-red) beyin mərkəzinin sədri Corc Fridman Polşadan başlayaraq Azərbaycana qədər davam edən səfəri ilə bağlı məqalə ilə çıxış edib.
Publika.az məqalədə Azərbaycanla bağlı məqamları ixtisarla təqdim edir.
C.Fridman bildirir ki, o, Polşadan başlayaraq Azərbaycana qədər
səyahət edib: “Səfər etdiyim ölkələrin çoxu mövqelərini yenidən
qiymətləndirirlər. Ümumi olaraq narahatlıq hissi hökm sürür.
Polşada icmalçılar daha çox bunu gizlətməyə çalışır. Türkiyə kimi
böyük ölkədə isə daha açıq şəkildə dilə gətirilir və Ukrayna nümunə
kimi göstərilir. Lakin Polşa və Azərbaycanda mən iki sual eşitdim:
“Ruslar hərəkətə keçib?” və “Qorunmaq üçün biz nə edə
bilərik?”
C. Fridman hesab edir ki, bundan sonra Rusiyanın Şərqi Avropaya müdaxilə çətinləşəcək: “Krımın itirilməsi ilə nəticələnsə də, Ukrayna qərbyönümlü komanda hakimiyyətə gəldi. Bölgənin ən zəif ölkəni olan Polşaya Barak Obama öz səfəri ilə dəstək verdi. Həmçinin maddi-texniki baxımdan da, Polşaya müdaxilə indiki məqamda Rusiyaya sərf etmir.
Rumıniya da Birləşmiş Ştatların dəstəyini öz üzərində hiss edir.
Baltikyanı ölkələrin NATO-nun tərəfindədir. Anti-Qərb hökumət olan
Belarusiya Moskvanın vəziyyətini nəzərə alaraq onun düşmənləri
tərəfə yan ala bilər”.
“Stratfor” rəhbəri hesab edir ki, Almaniya Şərqi Avropaya dəstək
verərək Rusiyanı qarşısına almaqdan çəkinəcək: “Bu hələ ki,
belədir. Çünki Berlin Rusiya qazından asılıdır. Bu baxımdan,
bölgəyə ən unikal dəstək Birləşmiş Ştatlardan gəlməlidir”.
C. Fridman qeyd edir ki, ABŞ Qara Dənizdə də qüvvələrini
cəmləşdirməlidir. “Bu həm Rumıniyanın hərbi-dəniz qüvvələrini
gücləndirər, Gürcüstanın müdafiəsini daha yaxşı təşkil edər,
Azərbaycandan keçən boru kəmərlərinin təhlükəsizliyini daha yaxşı
formada qoruyardı. Düzdür, Türkiyə Qara Dənizi döyüş meydanı kimi
görmək istəmir, amma regionda ABŞ-ın istənilən birlik strukturunda
da təmsil olunmağa razı olar”– deyə o bildirir.
“Stratfor” rəhbəri ötən məqaləsində olduğu kimi, bu dəfə də
Rusiya təzyiqinin bölgə ölkələri arasında daha çox Azərbaycanın
başı üzərində olduğunu diqqətə çatdırır.
Asif
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi