Nida.az
“O, siyasi məhbus alverindən yararlanır” - İTTİHAM
“Azərbaycanda siyasi məhbus yoxdur. Sadəcə olaraq, bu,
antiazərbaycan dairələrin zaman-zaman ölkəmizə qarşı apardığı
kampaniyanın elementlərindən biridir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.Az -a açıqlamasında Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun Azərbaycanda 134 siyasi məhbusun olduğuna dair açıqladığı siyahıya münasibət bildirərkən deyib. M. Qurbanlı bildirib ki, Azərbaycanın əleyhinə erməni lobbisinə bağlı antimilli dairələr iş aparır: “Daxildəki belə qüvvələr Azərbaycan əleyhinə kampaniyada ötürücü, icraedici rolunu oynayırlar. Müxtəlif vasitələrlə Azərbaycan haqqında yanlış məlumatlar yaymağa çalışırlar. Onların əllərində dəstəvuz etdikləri məsələlərdən biri də siyasi məhbus məsələsidir. Lakin Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bizdə siyasi düşüncəsinə, fəaliyyətinə, əməllərinə görə təzyiq edilmir. Azərbaycanda bu və ya digər cinayət əməlinə görə məhkum edilənlər var. Onların arasından “seçərək” kimisə siyasi məhbus elan edib bundan hansısa maddi, siyasi divident qazanmaq istəyirlər. Prezident İlham Əliyev də bu günlərdə Belçikaya səfəri zamanı birmənalı olaraq Azərbaycanda siyasi məhbusun olmadığın bir daha vurğuladı. Avropa Şurası siyasi məhbus ad altında antiazərbaycan dairələrin qaldırdığı məsələni qəbul etmədi. Bütövlükdə beynəlxalq təşkilatlarda siyasi məhbus tarifi, anlayışı kifayət qədər yetkin deyil, çox yayğın anlayışdır. İstərdik ki, yayğın anlayış anti-hüquqi cəhətdən termenoloji mənasını tapsın”.
M. Qurbanlı qeyd edib ki, Azərbaycanda siyasi məhbus yox, bu ad
altında alver edənlər var.
“Bu qurum və onun rəhbəri də bu alverdən yararlanır. Belə adamlar
dəfələrlə ümummilli maraqlarımıza zərbə vurmağa cəhdlər ediblər,
amma heç nəyə nail ola bilməyiblər. Bundan sonra da ola
bilməyəcəklər”-deyə YAP rəsmisi vurğulayıb.
Asif
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO