Nida.az
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası “İctimai iştirakçılıq haqqında” qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur.
“Qanun layihəsində ərazi planlaşdırılması sənədlərinin yekun
layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi
tərəfindən ictimai müzakirələr təşkil olunur. Eyni zamanda,
sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi
planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının
nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin
layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin
nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin
iştirakçılarına məlumat verir”,– deyə komitə sədri bildirib.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul
edilib.
Asif
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM