Nida.az
Elxan Süleymanov Avropanı “topa tutdu” - FOTOLAR
“Sərsəng su anbarı məsələsini gündəmə prezidenti olduğum AVCİYA gətirib. Ancaq bunu bəzi qüvvələr başqalarının adını çıxarmağa çalışır”.
Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
E.Süleymanov təəssüflə deyib: “Çox təəssüf ki, bizədək nə Azərbaycan hökumətinin, nə də ayrı-ayrı vətəndaş cəmiyyəti nümayəndələri bu məsələni gündəmə gətirməyib.
Sevindirici hal odur ki, bu gün biz bu layihə ilə istədiyimizə nail olmuşuq. Biz Sərsəng su anbarı ilə bağlı dünyaya haray etmişik. Ancaq mübarizəmizi yenə də davam etdirəcəyik”.
***
“Azərbaycanda xarici donorlardan maliyyələşən və qrant alan şəxslər ermənilərə xidmət edirlər”.
Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)
prezidenti, Avronest Parlament Assambleyasının (PA)
vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bu gün
keçirdiyi mətbuat konfransında bəyan edib.
E.Süleymanov deyib ki, onlar ermənilərlə bərabər AŞPA sədrini də
Azərbaycan əleyhinə səs verməyə çağırırlar:
“Əminəm ki, bu açıqlamadan sonra onlar mənim üzərimə hücumlar
edəcəklər. Ancaq mən də sizin kimi Azərbaycan vətəndaşıyam və
ölkəmizin qatı düşmənlərinə qarşı mübarizə aparıram. Mən vaxtilə
Ştrasserə (red: Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar
məsələsi üzrə məruzəçisi Kristofer Ştrasser) qarşı çıxanda da mənə
qarşı hücumlar oldu. Hətta, Azərbaycandan olan bəzi qruplar
ermənilərdən çox hücum edirdilər. İndi də onlar ermənilərə qoşulub
Azərbaycan dövlətinə qarşı fəal mübarizə aparırlar.
Əminəm ki, mənim bu açıqlamalarımdan sonra Azərbaycan cəmiyyətində
çaşqınlıq yaratmağa cəhdlər olacaq. Mən buna təəssüflənirəm,
heyrətlənirəm”.
E.Süleymanov qeyd edib ki, Avropa Şurasının həmməruzəçisi Pedro
Aqramuntu qeyri-obyektiv adlandıran qüvvələr erməndən də
betərdir:
“Onlar ermənilərə xidmət edirlər. Mən buna yanıram, acıyıram. Çünki
Pedro Aqramunt vaxtilə Azərbaycan dövlətinin və xalqının
maraqlarını açıq-aşkar müdafiə edib, erməniləri isə məyus edib.
Aqramunt Ermənistanı işğalçı ölkə adlandırıb”.
Hazırda Azərbaycanın Avropa Şurasına sədrlik etməsini xatırladan E.Süleymanov deyib: “Azərbaycan Avropa Şurasına sədrlik etditi dövrdə bu qurumdan heç bir xeyr görməyəcək. Çünki Avropa Azərbaycana “üçüncü ölkə” kimi baxır, bzə hörmət qoymur və sairə. Mən bunu Avropada apardığım fəaliyyətimdə də açıq-aşkar görürəm. Əksinə Avropanın Azərbaycana təzyiqləri artacaq”.
Vasif Həsənli
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”