KXCP Musavat və AXCP-yə xəbərdarlıq etdi - AÇIQLAMA
Bizi izləyin

Nida.az

KXCP Musavat və AXCP-yə xəbərdarlıq etdi - AÇIQLAMA

Əbülfəz Elçibəyin adından sui-istfadəyə yol verməz olmaz. Biz dəfələrlə demişik ki, bu cür hallara yol verilməsin. İstənilən halda irəli getmək lazımdır. Hələlik biz təmkinli davranırıq. Biz Əbülfəz Elçibəylə bağlı həmin partiyaların və konkret olaraq şəx

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndələri arasında davam edən münaqişəyə və bu məsələdə sabiq president Əbülfəz Elçibəyin adının tez-tez hallanması məsələsinə münasibət bildirib.

KXCP sədrinin müavini Publika.Az-a açıqlamasında deyib: “Əbülfəz Elçibəyin adından sui-istfadəyə yol verməz olmaz. Biz dəfələrlə demişik ki, bu cür hallara yol verilməsin. İstənilən halda irəli getmək lazımdır. Hələlik biz təmkinli davranırıq. Biz Əbülfəz Elçibəylə bağlı həmin partiyaların və konkret olaraq şəxslərin mövqelərini də yaxşı bilirik. İndi bu adamlar özlərini qəhrəman, ancaq rəhmətlik Əbülfəz Elçibəyi isə yalançı hesab edirlər. Onlar bu hərəkətlərindən əl çəkməlidirlər. Biz KXCP olaraq hər iki tərəfə bir daha söyləyirik ki, Əbülfəz Elçibəyin adından sui-istifadə etməsinlər. Mən o dövrdə Xalq Cəbhəsi tərkibində baş verən bütün proseslərdə olmuşam. Mən nəyin doğru, nəyin yalan olduğunu da yaxşı bilirəm. Sadəcə olaraq bu gün biz Milli Şuranın üzvüyük. Ona görə də istəmirik ki, Milli Şurada təmsil olunan partiyalara qarşı fikir söyləyim və onlar da bundan incik düşsünlər”.

X.Teyyublu həmçinin əlavə edib ki, Müsavat gələcəkdə Milli Şuraya qayıda bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm