Nida.az
AŞ PA-nın yeni sədri indiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işlədiyini deyib
AŞ PA-nın yeni sədri indiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işlədiyini deyib.
Trend-in məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri An Brasör Azərbaycanla bundan sonrakı əlaqələrinə münasibət bildirərkən qeyd edib:
"İndiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işləmişəm.
Bundan əlavə, 2012-ci ilin sentyabrında mənim Azərbaycan
Parlamentinin sədri ilə danışmaq imkanım oldu. Əlbəttə ki, müəyyən
fikir ayrılıqları var idi. Önəmli olan dialoqdur. Əgər
bir-birimizlə danışmırıqsa, bütün məsələləri masa üzərinə
qoymuruqsa, bu halda irəliyə getmək olmaz. Buna görə də suallar
vermək lazımdır. Dediyim kimi, qarşı tərəfin yaşamını, tarixi və
mədəniyyətini başa düşməyə cəhd etmək lazımdır. Bunu etmək
lazımdır. Düşünürəm ki, Azərbaycan nümayəndə heyəti ilə birlikdə,
xüsusilə AŞ Nazirlər Komitəsinə Azərbaycanın sədrliyi ilə bağlı
məsələdə irəli gedəcəyik".
Xanım A.Brasör Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərlə bağlı
suala cavabında qeyd edib ki, hələ bu mərhələdə deyilik: "Hələ ki,
səfərlərlə bağlı mərhələdə deyilik. Çünki bilinmirdi ki, kim
seçiləcək. Hələ heç bir səfər nəzərdə tutulmayıb. İndi işləri
sürətləndirmək lazımdır".
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi