Nida.az
Ombudsman Britaniya Krallığının Azərbaycandakı səfirini qəbul edib
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Britaniya Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul edib.
Publika.az Ombudsman Aparatına istinadən xəbər verir ki,
tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanov Ombudsman haqqında
Konstitusiya Qanunu çərçivəsində fəaliyyətini diqqətə çatdırb.
Müvəkkilə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) və
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər
barədə qonağa ətraflı məlumat verilib.
Aparatda İşgəncələrin qarşısının alınması şöbəsinin yaradıldığı,
Milli Preventiv Qrupun (MPQ) səmərəli fəaliyyət göstərdiyi,
azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin
penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına,
habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və
pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr həyata
keçirildiyi bildirilib.
Qeyd edilib ki, Müvəkkil UDİ mexanizmi üzrə hökumətin hesabatına
əlavə olaraq öz məruzəsini hazırlayıb və BMT-nin İnsan Hüquqları
üzrə Ali Komissarlığına göndərib. UDİ üzrə rəsmi hesabatda isə bu
sənədin hazırlanmasında Müvəkkilin də fəal iştirak etdiyi və bu
istiqamətdə fəaliyyətinin müsbət təcrübə kimi dəyərləndirildiyi
vurğulanıb.
Qeyd olunub ki, müvafiq beynəlxalq konvensiyaların milli
qanunvericilik aktlarına uyğunlaşdırması üzrə təkliflər verilməsi
Ombudsmanın fəaliyyətində mühüm istiqamətlərdəndir.
Səfir səmimi qəbul, ətraflı məlumat və faydalı fikir mübadiləsi
üçün E. Süleymanovaya təşəkkür edib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi