“Ərdoğan bilirmi ki, ermənilər Qarabağdakı məsciddə donuz otarırlar?” - FOTO
Bizi izləyin

Nida.az

“Ərdoğan bilirmi ki, ermənilər Qarabağdakı məsciddə donuz otarırlar?” - FOTO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından deputat Sinan Oğan, baş nazir Rəcəb Tayyib Ərdoğanın İstanbul aksiyalarında iştirak edənlərin məscidlərə ayaqqabı və pivə butulkaları ilə girmələri barədə ittihamına sosial şəbəkədə işğal olunmuş Azərbaycan torpaqlarındakı son vəziyyətlə bağlı statusla cavab verib.

MHP-çi deputat yazıb: “Mən stəkanda fırtına yaratmaq istəyən hökumətə müraciət edir və xatırladıram ki, ermənilər Qarabağdakı atılmış məsciddə donuz otarırlar”.

Xatırladaq ki, Ərdoğan seçiciləri qarşısında çıxış edərkən, onlara söz vermişdi ki, kütləvi etiraz aksiyasında iştirak edənlərin ölkə müsəlmanlarının heysiyyətinə toxunan, məscidlərə ayaqqabı və pivə butulkaları ilə girmələrini əks etdirən video təqdim edəcək. Baş nazir bildirmişdi ki, məscidin imamı təhdid olunduğundan bu barədə danışmaqdan çəkinir, amma o özü bu videonu nümayiş etdirəcək.

Vesti.az isə öz növbəsində Sinan Oğanın dediklərinə qüvvət olaraq, əyani dəlil kimi. Rusiya səyahətçilərinin Ağdamda olarkən çəkdikləri fotonu təqdim edir. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm