Nida.az
Morninqstarı əvəzləyəcək diplomat haqda “WikiLeaks” nələr yazmışdı? - Şok Araşdırma
ABŞ Azərbaycana yeni səfir təyinatını reallaşdırmaq niyyətindədir.
Ağ Evin Bakıya səfir postuna namizədi Robert Cekuta kimdir?
Publika.az Bakı yoluna çıxmağa hazırlaşan yeni səfir haqqında araşdırma aparıb. O, hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini vəzifəsində çalışır. Qeyd edək ki, hazırkı səfir Riçard Morninqstar da enerji sahəsi üzrə təcrübəli diplomatdır. Vaşinqtonun Bakıya enerji mütəxəssislərini göndərməsi təsadüfi deyil.
R. Cekuta vaxtilə Əfqanıstan, Yaponiya və Almaniyada ABŞ səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2003-2007-ci illərdə Berlində işləyən Cekuta burda ABŞ İqtisadi
Nazirinin vəkili vəzifəsini daşıyıb, 2007-ci ildə Tokioya gəlib,
2009-cu ilə qədər burda çalışıb. 2009-cu ildən sonra Dövlət
Departamentinə təyinat alıb.
R. Cekuta Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ
Ticarət Nümayəndəliyinin Ofisində də işləyib.
2003-cü ildə ABŞ İraqa girərkən Əməliyyat Qrupunun İqtisadi Siyasət Analizi və Diplomatiyası istiqamətində çalışıb. Özü Bob Corctaun Universitetinin mütəxəssisidir. Həmçinin, Qlobal İdarəetmə və Milli Hərbi Kollecin Tanderberd Məktəbində usta dərəcəsi alıb.
Bir müddət əvvəl məxfi materialları ilə Vaşinqtonu lərzəyə salan
məşhur “WikiLeaks” saytı 2008-ci ildə Tokioda çalışan Robert
Cekutanın məxfi teleqramlarının dərc edib. Məxfi qrifli teleqramda
deyilir:
“İxtisası: İqtisadiyyat, Robert Cekuta. 1.4 (B).
Econoff İqtisadiyyat Nazirliyi haqda məlumatı çatdırdı. Ticarət və
Sənayeyə nəzarət bölünəcək. Məmurlar deyir ki, bu müzakirə
olunacaq. Yaponiya bazarına Sokkia şirkəti ilə çıxın və “EmnOff”
ilə istənilən nəticəni bölün. İnformasiyada deyilir ki, onlar
ABŞ-la daha uzaq perspektivdə də işləməyə hazırdır”.
Başqa bir məxfi teleqramda Cukata yazır:
“Martın 4-də Tokio İctimai Təhülkəsizlik Bürosu və Xirosima
perfektura polisi Horkos Karporasiyasının və Xirosima dəzgahları
istehsalçının 4 yüksək vəzifəli şəxsini həbs etdi. İttiham
lisenziya olmadan Cənubi Koreyaya və Çinə qeyri-qanuni ixracdır.
Yaponiya hakimiyyət orqanları 2008-ci ilin əvvəlində firmaya basqın
etdi. Baxmayaraq ki, mətbuat ixracın bir hissəsinin Şimali Koreyaya
göndərildiyinə dair xəbərlər yazırdı”.
Məxfi teleqramda daha sonra məsələ ilə bağlı durum və çıxış yolları
göstərilir.
Asif Nərimanlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi