Nida.az
Ukraynada döyüşən azərbaycanlı: “İşimiz kəşfiyyat və snayperdir”- Özəl
Ukrayna ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı
bozqurdçu Elşən Cavadovun Publika.az-a
müsahibəsi
- Elşən bəy, Ukrayna döyüşlərində azərbaycanlılar necə
iştirak edir?
- Ukrayna 1993-cü ilin Azərbaycanını xatırladır. Hissələrə bölünüb
separatçılara qarşı döyüşürük. Slavyanskada, Luqanskda, Odessada
qüvvələrimiz var. Qalib gəlmək ümidi var. Amma Kiyevin özündə olan
təxribatçılar və baş verən xəyanətlər qələbənin qarşısını alır.
- Sizdən başqa döyüşən azərbaycanlılar var?
- Məndən də qeyrətliləri var. Amma istəmirlər adları çəkilsin.
Həyat belədir ki, önə mən çıxmışam. Mən onlarla bağlı yazmaq
istəmişəm, amma özləri razılıq vermir.
- Döyüşlərdə azərbaycanlılardan həlak olanlar
olubmu?
- Hazırda 4 azərbaycanlı girov götürülüb. Onlar alverlə məşğul
olanlardır, amma separatçılar onları girov götürməklə qarşılığında
pul istəyirlər. İnqilab vaxtı həlak olan azərbaycanlılar oldu. Amma
onlara sahib çıxmadılar, biz də bir şey edə bilmədik. Cəbhədə isə
həlak olan yoxdur.
- Azərbaycanlılar ayrıca tağım şəklində döyüşür,
yoxsa...?
- Luqanskda azərbaycanlılardan ibarət Bozqurd qrupu var. Onlar
separatçılara qan uddurur. Bizim əsas işimiz kəşfiyyat və
snayperdir. Slavyanska hücum zamanı apardığım kəşfiyyatda
azərbaycanlılar çox kömək etdi. Onlar mənə necə və hardan vurmaqla
bağlı dəqiq məlumatlar verdilər. Bu məlumatlar əsasında, demək olar
ki, Slavyanskı hücumsuz aldıq.
- Bozqurd qrupunda təmsil olunanlar Azərbaycandan
gedənlərdir?
- Onlar, əsasən, Avropadan gələnlərdir. Hansı ki, vaxtilə ora
mühacirət etmişdilər. 40-50 yaşlı bacarıqlı oğlanlardır. Burda
təkcə mən deyiləm, çox əməlləri olan oğlanlar var ki, böyük hörmətə
layiqdirlər. Sadəcə olaraq, nə qədər xahiş etsək də, adlarının
açıqlanmasını istəmirlər.
Bundan başqa, azərbaycanlılar ayrı-ayrı batalyonlarda da döyüşür. Onlar “kambatlar” vasitəsilə əlaqə yaradırlar.
Azərbaycan dövləti də öz maraqlarının Ukraynada müdafiə üçün
ciddi addımlar atıb. Amma etiraf etmək lazımdır ki, müxalifət də,
iqtidar da Ukraynada ermənilərin yüksəlməsini istəmirlər. Buna
qarşı ciddi addımlar atılıb və uğur əldə edilib.
- Bir şeyi dəqiqləşdirmək istəyirəm. Siz Ukrayna
vətəndaşısınız?
- Mən 1998-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılmışam. Bu
günə kimi də heç bir dövlətin vətəndaşlığını qəbul etməmişəm. Mənim
Poroşenko ilə, həmçinin Ukrayna müdafiə nazirinin özü ilə yaxşı
münasibətlərim var. Ukrayna vətəndaşlığını qəbul edə bilərəm. Amma
istəmirəm. Çünki Azərbaycan vətəndaşlığından çıxa bilərəm, lakin
mən yenə azərbaycanlıyam, vətənim Azərbaycandır.
- Maraqlıdır, II Qarabağ müharibəsi başlayarsa, bu gün
Ukraynada döyüşən azərbaycanlılar Qarabağa
gedəcəklərmi?
- Təbii ki, gedib orda da döyüşəcəklər. Əsas dəstək də maliyyə
dəstəyi olmalıdır. 500-600-ə qədər azərbaycanlı var ki, Ukraynaya
gəlmək istəyir, amma ciblərində pulları yoxdur. Mən özüm bu dəqiqə
burda deyil, Kərkükdə döyüşmək istəyirəm. Amma məni nə Kərkükə
buraxan var, nə də özüm gedə bilirəm. Sponsorlarım var, onlar
vasitəsilə gedə bilərəm. Amma gərək dövlət də bu məsələdə yaşıl
işıq yandırsın.
Bu gün Ukrayna Azərbaycanın əsas müttəfiqlərindəndir. Avropanın
mərkəzində olan Ukrayna kimi sadiq müttəfiqi müdafiə etmək
Azərbaycanın əsas siyasəti olmalıdır.
- Hazırda ordakı azərbaycanlıların durumu
necədir?
- Poroşenko prezident olandan sonra qeyri-millətlər arasında ən çox
dəstəyi azərbaycanlılara verdi. Bu gün azərbaycanlılara Ukraynada
çox yaxşı imkanlar yaradırlar. Amma bu cür şəraitdən istifadə etmək
lazımdır.
Separatçıların ən çox qorxduğu da azərbaycanlılardır. Çeçen
qüvvələri harda iki azərbaycanlı görsə, qoyub qaçırlar. Qorxuları
böyükdür. Avropada da sənədsiz yaşayan çoxlu azərbaycanlılar var
ki, onlar da Ukraynaya gəlib döyüşmək istəyir.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu