Nida.az
Müsavatla Ümid birləşir?
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın "Qarabağ" siyasi bloku ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib.A.Hacılı Trend-ə açıqlamasında bununla bağlı Müsavat Partiyasında hər hansı müzakirənin getmədiyini vurğulayıb.
"Qarabağ" blokundan Müsavat Partiyasına müəyyən təkliflərin olması məsələsinə toxunan A.Hacılı bu barədə məlumatsız olduğunu bildirib: "Mənim bu barədə məlumatım yoxdur. Müsavat Partiyasında bu məsələ müzakirə olunmur".
İcra Aparatının rəhbəri ümumiyyətlə, "Qarabağ" blokundan müraciət daxil olacağı halda hansı qərarın veriləcəyi barədə danışmağın hələ tez olduğunu diqqətə çatdırıb: "Mən baş verməmiş hadisə barəsində əvvəlcədən rəy bildirmək istəməzdim, müraciət edərlər, baxarıq. Amma hələ elə bir müraciət yoxdur".
Qeyd edək ki, "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında Müsavat Partiyasına müəyyət təkliflər verdiyini deyib: "Mən dolayısı ilə mətbuat vasitəsilə və şəxsi kanallarla Müsavat Partiyasına müəyyən təkliflər vermişəm, amma indi parçalanma prosesi elə gedir ki, bu mərhələdə hələlik birləşmə meyilləri çətin meydana çıxsın".
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi