Aytən Səfərova son görüşlərini keçirdi
Bizi izləyin

Nida.az

Aytən Səfərova son görüşlərini keçirdi

87 saylı Ağsu-İsmayıllı srçki dairəsindən deputatlığa ən real namizəd, insanların böyük inam və rəğbət bəslədiyi Aytən Səfərova (Piriyeva) seçkiqabağı təbliğat-təşviqat kampaniyasını uğurla başa çatdırıb.

Publika.az xəbər verir ki, təşviqat kampaniyası dövründə Ağsu-İsmayıllı seçki dairəsinin 60-dan çox kəndində sakinlərlə görüşən namizədin son görüşləri Ağsuda olub. Namizədi hətta küçədə görən seçicilər onu dairəyə alıb, söhbət edib, ona səs verəcəklərini, yalnız onu millət vəkili görmək istədiklərini bildiriblər. Ağsu sakinlərini 9 fevralda fəal olmağa çağıran namizəd isə bu gün də prezidentin islahatlarından ruhlandığını, seçkilərin şəffaf keçiriləcəyinə böyük ümid bəslədiyini deyərək, seçiciləri təxribatlara, dövlət başçısının bəyanatlarına zidd gedən qüvvələrə uymamağa çağırıb.

Qeyd edək ki, Aytən Piriyeva bu gün keçirdiyi hər bir görüşə, bu gün doğum günü olan Milli Qəhrəman Mübariz İbrahimovun timsalında, cəmi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə yekun vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm