Nida.az
“USAID-in Azərbaycanda xəfiyyə maraqları var”- Şok açıqlama
“Beynəlxalq qrant layihələri üzərində qeyri-şəffaf əllər işləyir və əksər vaxt bu xarici maliyyələr anti-hökumət qüvvələrə verilir. Bu dövr ərzində onların çoxları qeyri-leqal, mənşəyi şübhəli olan, Azərbaycan dövlətinə qarşı nəinki QHT fəaliyyəti, açıq şəkildə siyasi casusluq fəaliyyəti aparanlar qrantlarla mükafatlandırırlar”.
Bu barədə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin) gizli qrant elanına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bəzən bu qrantlar müxalifətin ayaqda saxlanılmasına da sərf edilir: “Sanki onların formadan düşməməsi, daim hökumətə təzyiq vasitəsi kimi qalması üçün əllərində bəsləyirlər. Bunun fonunda USAID təşkilatının layihəni tələsik dövriyyədən çıxarması, sonradan fabrikləşdirib tez aktlaşdırması və qrantı hakimiyyətə əleyhinə olan monitorinq və buna bənzər layihələrə ayırması şübhəlidir. Başqa tərəfdən, bunun alt qatında xəfiyyə maraqları var”.
Z. Oruc qeyd edib ki, normal tənqidi mühitdə işləyən QHT-lərə heç bir problem yaradılmır.
“Lakin nədənsə hökumətdən şəffaflıq istədikləri halda, özləri
bunu kriminal iş kimi, sanki Qəsrin qaranlıq otaqlarında hazırlanan
fəaliyyət kimi ortaya qoyurlar. Nə üçün belə qrantlardan
hökumətyönümlü QHT-lərə verilmir? Bəzən deyirlər ki, qrantlar
nazirliklərə ayrılır. Amma hər kəs bilir ki, onun bu məsələlərə
aidiyyəti yoxdur. Bununla əsl məqsədi ört-basdır etmək doğru
deyil”, - deyə millət vəkili bildirib.
Asif
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO