Nida.az
Sərdar Cəlaloğlu: “Məni fitə basanda Əli Kərimliyə ləzzət eləyirdi”
“Cəbhəçilər məni fitə başmağı qabaqcadan planlaşdırmışdı. Onların hərəkətləri, mənə münasibətləri də bunu təsdiq edirdi”.
Bu barədə Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında AXCP-nin Xalq Cəbhəsi hərəkatının 25 illik yubileyində çıxışı zamanı cəbhəçilərin onu fitə basmasına münasibət bildirərkən deyib. S. Cəlaloğlu bildirib ki, bu adamlar 20 il əvvəl necə idilərsə, indi də elədirlər.
“Mən zalı özüm tərk etdim. Çöldə mənə bir qız yaxınlaşdı. Dedi ki, bu, əvvəldən təşkil olunmuş plandır. Doğrudan da, elə idi. Leyla Yunus çıxış edəndə sürəkli alqışlar gəldi. Vaxtilə mən Leyla Yunusun AXC-dən qovulmasının da şahidi olmuşam, eyni qaydada qışqırırdılar, “Leyla Yunus ermənidir” şüarı səsləndirdilər, onu danışmağa qoymurdular, fitə basırdılar. Mən də dedim ki, bu hadisələr göstərir ki, bu 20 ildə nəsə dəyişiklik yoxdur. Leylanı qovan adamlar bu gün onu alqışlayır. Dedim ki, eşidin, qulaq asın, bəlkə, axırda dedim ki, yaşasın Əli Kərimli? Mən danışmaq üçün söz istəməmişdim. Onların özü xahiş elədi ki, gəl çıxış elə”.
S. Cəlaloğlu qeyd edib ki, AXCP bir tərəfdən xalqın maraqlarını
qoruduğunu bəyan edir, digər tərəfdən xalqın tarixindən danışan
adamı fitə basır: “Sərdar Cəlaloğlunun danışmaq hüququnu pozurlar,
Əli Kərimli əlini alnına qoyub qulaq asır, ona ləzzət edir axı. Əli
Kərimli bilsin ki, belə şeylər mənə təsir etməz. Mən səndən xahiş
etmədim ki, mənə söz verin. Mənə dəvətnamə göndərib, özün də xahiş
edirsən ki, çıxış elə. Mən tədbirə getməsəydim, çıxış eləməsəydim,
onda başqa cür düşünəcəkdilər. Mənim yaşım, ağlım, siyasi rolum
imkan vermir ki, onların qəlbində tutduqları sözləri tribunada
deyim. Ay Əli Kərimli, mən sənin qonağınam, orada məni təhqir
etsələr, yenə də sən biabır olursan, məndən nə gedir?”
ADP sədri bildirib ki, cəbhəçilər AXC-nin 25 illik yubileyini elə
təqdim edirlər ki, sanki AXCP-nin yubileyidir.
“Axı AXC-nin AXCP-yə nə aidiyyəti var? AXC-nin adını bu gün 6 partiya daşıyır. Onda durub hamısı desin ki, AXC-nin varisi mənəm? Axı AXC hərəkatını bir partiyanın tarixi kimi təqdim etmək, bütün xalqın əldə etdiyi nailiyyətləri bir nəfərin adına yazmaq yanlışdır”, - deyə o qeyd edib.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR