Nida.az
Yusif Bağırzadə: “Müxalifətdə avtoritarlıq mövcuddur”
“Tələsik hansısa qurum yaradıb, sonra onu dağıtmaq, müxalifəti xalqın gözündən salmaq adətindən əl çəkmək lazımdır”.
Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Publika.az-a açıqlamasında müxalifətin hazırkı vəziyyətini şərh edərkən deyib. Onun fikrincə, müxalifətin geniş birliyinə nail olunmamasının ən başlıca səbəbi məqsədlərin, amalların tamamilə fərqli olmasındadır: “Müxalifətin bir hissəsi fikirləşir ki, aranı qarışdırmaqla, situasiyanı gərginləşdirməklə nəyəsə nail olmaq, hakimiyyətə gəlmək mümkündür.
Bu, artıq keçilmiş və özünü tamamilə doğrultmayan vasitədir.
Hakimiyyətin güclü olduğu vaxt belə oyunlara getmək də düzgün
deyil. İkincisi, bildiyiniz kimi, 2010-cu ildə AMİP-ə sədr
seçiləndə birləşməklə bağlı bəyanatlar verdim. Siyasi partiyalar
birləşməli və qərarlar konsensus yolu ilə qəbul olunmalıdır. Əfsus
ki, buna bütün partiyalar razılaşmadılar. AMİP də daxil olmaqla bir
neçə siyasi partiyalar buna razılıq versələr də, siyasi müxalifət
düşərgəsində ümumi razılığa nail olunmadı”.
Partiya sədri hesab edir ki, hakimiyyətə gəlmək müxalifət üçün şərt
olmamalıdır.
Y. Bağırzadə qeyd edib ki, müxalifətin özündə avtoritarlıq mövcuddur. “İstənilən vəzifədə, eyni zamanda, partiya rəhbəri kimi qalmaq avtoritarlıqdan başqa bir şey deyil. Müxalifət hər zaman islahatlar aparılmasının zəruri olduğunu iddia edir. Ancaq müxalifət islahatlara öncə öz daxilində başlamalıdır. AMİP nizamnaməyə uyğun olaraq hər zaman partiya rəhbərliyində dəyişikliyə gedir. Bizdə 3 ildən bir seçkidir və iki müddətə partiya sədri vəzifəsində qala bilərsən. Azərbaycanda isə avtoritar müxalifət liderləri var. Onların ambisiyalarının ucbatından bu gün müxalifət birləşə bilmir”, - deyə AMİP sədri vurğulayıb.
Asif
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO