Nida.az
Rasim Ağayev Pənah Hüseynə cavab verdi: “Azərbaycanı dağıdırdılar”
“O vaxt AXC liderlərinin hakimiyyət hərisliyi olmasaydı, radikal və inqilabçı yolu deyil, milli barışıq xəttini seçsəydilər, Azərbaycanın taleyi başqa cür olardı. Həmin dövrdə Azərbaycanın ehtiyacı milli barışa idi. Amma AXC liderləri təsəvvür etmirdilər ki, onlar hansı qüvvə ilə toqquşurlar. Əksinə, onlar düşünürdülər ki, hakimiyyətə gəlib, Qarabağda erməniləri məhv edəcəklər və bununla da məsələ bitəcək”.
Bu barədə Ayaz Mütəllibov hakimiyyətində təmsil olunmuş
politoloq Rasim Ağayev Publika.az-a açıqlamasında
AXC hakimiyyətində baş nazir olmuş Pənah Hüseynin ittihamlarına
münasibət bildirərkən deyib. Onun sözlərinə görə, AXC bəzi həssas
məqamları başa düşmürdü: “Anlamırdılar ki, söhbət Azərbaycanın
parçalanmasından gedir, ermənilərin arxasında təkcə Rusiya deyil,
ABŞ və Avropa da durub. Həm də anlamırdılar ki, onlar Qarabağ
taleyinin həll olunmasına yox, SSRİ-nin dağıdılmasına işləyirlər.
Qarabağ bu məsələdə alət idi. Onlar təəssüflər olsun ki, bunu
indiyə qədər anlamayıblar. Bilmirdilər ki, Azərbaycan və erməni
xalqı Qarabağda üz-üzə gətirilmişdi. Bununla bağlı sövdələşməni də
ABŞ həyata keçirmişdi. ABŞ həmin vaxt Qorbaçova stavka edir, böyük
miqyaslı sövdələşmə baş tuturdu. Məhz bu sövdələşmənin tərkib
hissəsi olaraq AXC ortaya çıxdı və düşündü ki, kommunist
imperiyasını dağıdırlar. Amma anlamadılar ki, əslində, Azərbaycanı
dağıdırdılar. Ancaq həmin vaxt biz dəfələrlə ölkə daxilində ictimai
razılaşma məsələsini qoyurduq. Əgər onlar bunu qəbul etsəydilər,
vəziyyət dramatik həddə çatmazdı. Onların düşüncə tərzi belə idi
ki, hakimiyyətə gələcəklər və dünya onları dəstəkləyəcək, çünki
onlar guya demokratdırlar. Amma anlamırdılar ki, bu prosesdə
onlardan siyasi alət kimi istifadə edirdilər. Hakimiyyətə gəldilər.
Amma buna baxmayaraq, Rusiya, ABŞ və Avropa Ermənistanı
dəstəkləməkdə davam etdi, onlar da pis vəziyyətdə qaldılar”.
R. Ağayev bildirib ki, AXC liderləri hakimiyyət davası
apardılar.
“Onların siyasi bacarığı, dövlət təcrübəsi olmadı və hər şeyi də
uduzdular. Şəxsən mən Azərbaycan naminə istərdim ki, onlar bu
oyunda qalib tərəf olsun. Lakin onların uduşu Azərbaycanın
məğlubiyyəti idi”, - deyə o bildirib.
Qeyd edək ki, P. Hüseyn “Yeni Müsavat” qəzetində silsilə
yazılarla çıxış edərək AXC hakimiyyətinin devrilməsi, həmin dövrdə
siyasi prosesləri işıqlandırıb. O, məqalələrində Mütəllibovçuları,
xüsusilə R. Ağayevi ittiham edib.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi