Məhv edilmiş erməni komandiri dizertir əvəz edəcək
Bizi izləyin

Nida.az

Məhv edilmiş erməni komandiri dizertir əvəz edəcək

Erməni hərbi hissəsinin məhv edilmiş komandirinin yerinə dezertir təyin edilib.

Publika.az xəbər verir ki, Madagizdə yerləşən 6-cı dağatıcı alayın komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin artilleriya atəşinə məruz qalıb və ağır yaralı olaraq sıradan çıxarılıblar. Hərbi hissə komandirinin yerinə 10-cu dağatıcı diviziyanın komandir müavini Gevorq Manqalaryan təyin edilib. G.Manqalaryan 2016-cı il aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılıb. Lakin sonradan yüksək rütbəli qohumlarının müdaxiləsi nəticəsində yenidən bəraət qazanıb və müvafiq vəzifəyə təyin edilib.

Qeyd edək ki, Manqalaryan komandanlığın etimadını qazanmayıb, əsgərlər və kiçik zabitlər arasında nüfuzu yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm