Nida.az
“AXCP əvvəlki illərdə olduğu kimi yenə Müsavat Partiyasına üz tutacaq”
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat Partiyası arasında gələcək əməkdaşlığa münasibət bildirib.
M.Hacıbəyli Trend-ə bildirib ki, AXCP əməkdaşlıq üçün əvvəlki illərdə olduğu kimi yenidən Müsavat Partiyasına müraciət edəcək: "Hələ ki AXCP Müsavat Partiyasına qarşı təbliğat aparmaqda davam edir. Qoy davam etsinlər. Hirsləri soyuyandan sonra əvvəlki illərdə olduğu kimi yəqin ki yenidən birgə mübarizə üçün Müsavat Partiyasına müraciət edəcəklər və biz o zaman bu müraciəti dəyərləndirəcəyik".
Onun sözlərinə görə, hazırda Müsavat Partiyası hesab edir ki, "El" hərəkatı ilə əməkdaşlıq etmək mümkündür: "Seçkilər qurtardıqdan sonra Milli Şura artıq öz aktuallığını itirdi, çünki Milli Şura əsasən seçkilərdə vahid namizədlə iştirak etməyə hesablanmış bir qurum idi. İndi qarşıda duran vəzifələri reallaşdırmaq üçün müxalifətdəki qüvvələrin əməkdaşlıq etməsinə böyük zərurət var və Müsavatın potensial baxdığı qurumlardan biri də "El" hərəkatıdır".
Lakin "El" hərəkatının Müsavat Partiyasının təklif etdiyi müttəfiqlik sazişindən imtina etməsi məsələsinə gəlincə, M.Hacıbəyli bunu imtina kimi dəyərləndirməyi düzgün hesab etmir: "İmtina etməmişdilər, sadəcə Milli Şuradakı mübahisələrin bitməsinə qədər vaxt istəmişdilər və artıq bu mübahisələr də sona çatdı. İndi əməkdaşlıq üçün heç bir maneə yoxdur".
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyası ilə AXCP arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Hətta Müsavatın Milli Şuradan istefa etməsi səbəbindən AXCP Müsavat Partiyası ilə müttəfiqlik etməkdən imtina edib.
Eyni zamanda, "El" hərəkatının sədri Eldar Namazovun da Milli Şuradan istefa verməsi AXCP ilə hərəkat arasında münasibətləri də gərginləşdirdi ki, məhz bundan sonra "El" hərəkatı ilə Müsavat Partiyası arasında münasibətlərin yaxınlaşması müşahidə olunur.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi