“Azərbaycana qarşı müharibə Gürcüstan ərazisinə keçə bilər” – Şok iddia
Bizi izləyin

Nida.az

“Azərbaycana qarşı müharibə Gürcüstan ərazisinə keçə bilər” – Şok iddia

“Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə başlayarsa, Gürcüstan hadisələrə mütləq cəlb ediləcək”.

Publika.az-ın "Georgia Online” saytına istinadən verdiyi məlıumata görə, bu sözləri gürcü eksperti Mamuka Areşidze deyib.

“Gürcüstan əvvəlki müharibəyə də cəlb edilmişdi. Biz hər iki ölkədən qaçqınlar qəbul etməli olacağıq”, - Areşidze bildirib.

Gürcü eksperti həmçinin hər iki tərəfin Gürcüstan ərazisində diversiya aktlarını keçirəcəyini istina etmir:

“Ermənistana gedən qaz kəməri, eyni zamanda, Azərbaycanın enerjidaşıyıcılarını Qərbə ixrac edən kəmərlər diversiya aktlarının hədəfi ola bilər. Unutmaq lazım deyil ki, Gürcüstanda azərbaycanlılar və ermənilərin yaşadığı bölgələr var və bu bölgələrdə lokal münaqişələr mümkündür. Bir sözlə, Gürcüstan dolayısı və ya birbaşa şəkildə münaqişəyə cəlb ediləcək. Hər şeydən əvvəl regionun iqtisadi fəallığına yeni bir müharibə ilə nöqtə qoyulacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm