Nida.az
Lavrov Qarabağ görüşlərindən danışdı: “Razılaşmaya hər dəfə nəsə mane olurdu”
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmasının siyasi prinsiplərinin ifadə edildiyi sənədin qəbulu üçün böyük səy göstərir.
Publika.az-ın bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS xəbər agentliyinə eksklüziv müsahibəsində deyib.
“Sözsüz ki, Dağlıq Qarabağda təmas xəttində baş verənlər bizi narahat edir. Tərəflər bir-birini təxribatçı hərəkətlərdə ittiham edir. Bu cür hallar əvvəllər də olurdu və təəssüf ki, artıq uzun illərdir ki, bu cür gərginliyi müşahidə edirik. Çoxlu insan həlak olub. Biz başqa ölkələrlə, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa ilə birlikdə tərəfləri maksimal şəkildə təmkinlik nümayiş etdirməyə, zorakılığına gətirib çıxaran hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq”, - Rusiya xarici işlər naziri deyib.
“Azərbaycan və Ermənistandan olan partnyorlarımızla danışacağıq ki, ATƏT-in Minsk Qrupu tərəfindən etibarın möhkəmləndirilməsi və qarşıdurmanın risklərinin azaldılmasına necə kömək etmək olar. Münaqişə hər iki tərəfdən olduqca emosional qəbul edilir. Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ və Fransadan olan partnyorlarımızla böyük səy göstəririk ki, tərəflər onlar üçün münasib həll paketi formalaşdırılsın”, - Lavrov deyib.
Rusiya xarici işlər naziri görüşlə bağlı proqnoz vermək istəmədiyini deyib: “Hər dəfə belə görünürdü ki, biz artıq əhəmiyyətli nəticəyə yaxınlaşmışıq və razılaşma olacaq. Amma hər dəfə nəsə mane olurdu. Buna görə proqnoz verməyəcəyəm”.
S.Lavrov ermənilər və azərbaycanlılara münaqişənin həll yolunu axtarmağa kömək etməyə ehtiyacın olduğunu söyləyib.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi