Nida.az
Elçibəy hansı jurnalistin ona böhtan atdığını deyib? - VİDEO
“Xadicə İsmayıl Əbülfəz Elçibəyi yerlibazlıqda ittiham edirdi”. Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Publika.Az –a açıqlamasında deyib. BAXCP yetkinlisi qeyd edib ki, Ə. Elçibəy sağlığında ayda bir dəfə Bütöv Azərbaycan Birliyində gündəm mövzularla bağlı jurnalistlərlə görüş keçirirdi: “Həmin görüşlərin birində Xədicə İsmayıl Elçibəyə sual verdi ki, siz Naxçıvandansınız, Fazil Mustafa da Naxçıvandandır. Deyirlər ki, buna görə siz Fazil Mustafanı müdafiə edirsiniz, Əli Kərimlini isə yox. Əüblfəz bəy bunu özünəməxsus formada qarşıladı. Dedi ki, məni sovet vaxtından indiyə qədər bir çox məsələlərdə ittiham etmişdilər, üstümə şər-böhtan atmışdılar. Bircə regeionçuluq böhtanı atılmamışdı. Bu böhtanı da siz atdınız”.
N. Orduxanlı bildirib ki, bu, həmin illərin mətbuatında var,
istəyən araşdırıb tapa bilər.“Əli Kərimlinin Elçibəyə o qədər dərin
nifrəti var idi ki, jurnalistlərini buna kökləmişdi, eyni olaraq
indiki kimi. Bu adamın təfəkkürü belədir. Bir nəfərə qarşı asi
kəsilibsə, o adam salam belə verən hər kəsə düşmən kimi baxır”-deyə
N. Orduxanlı bildirib.
Asif
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ