Nida.az
“Bu iki amil Soçi görüşünün nəticəsi üçün mühüm rol oynayacaq” – Rəy
“Soçi görüşündə Rusiyanın Ermənistana qarşı təzyiqlərinin artacağını gözləyirik”.
Publika.az-a açıqlamasında bu sözləri Rusiyada yaşayan azərbaycanlı iş adamı, Dünya Azərbaycanlıları Konqresinin Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev bildirib.
Hazırda Azərbaycan dövlətinin Rusiya üçün çox əhəmiyyətli olduğunu bildirən M.Fətiyev deyib ki, son illər Rusiya ilə Türkiyə arasında da yaxınlaşma müşahidə olunur.
“Hesab edirəm ki, həm Azərbaycanın Rusiya üçün strateji əhəmiyyətinin yüksək olması, həm də Rusiya-Türkiyə yaxınlaşması Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticəsi üçün böyük rol oynayacaq. Mən Rusiyadan olan siyasətçi dostlarla da söhbət edirəm. Onların da hamısı deyir ki, bu görüş Azərbaycan üçün müsbət nəticə verəcək. Rusiya rəhbərliyi də ancaq bu istiqamətdə addımlar atmalıdır. Çünki Azərbaycan və Türkiyə Rusiya ilə yaxın əməkdaşlıq edən dövlətlərdir”.
Qeyd edək ki, avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiya prezidentinin iştirakı ilə növbəti görüş keçiriləcək.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR