Nida.az
Sərkisyan geri çəkildi: “Problemin hərbi həlli mümkün deyil”
“Soçi görüşündə hər hansı yeni razılaşmaya nail olunmadı. Düşünürəm ki, indi, yaxud keçmiş razılaşmaların fərqi yoxdur. Tərəflər 1994-cü ildə bağlanmış razılaşmanın tələbini yerinə yetirməyə məcbur edilib”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sərkisyan yerli telekanallardan birinə müsahibəsində deyib.
O, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Əgər yeni vəziyyətlər yaranacaqsa və hərbi gücün tətbiq edilməməsi barədə yeni razılaşmalar imzalanacaqsa, bu artıq başqa məsələdir. Biz buna əsaslanırıq ki, Qarabağ probleminin hərbi həlli mümkün deyil. Həll yolu yalnız danışıqlardan keçir. Ermənistan bu prinsipə əsaslanaraq münaqişənin həlli istiqamətində istənilən görüşdə iştirak etməyə həmişə hazırdır”, - Sərkisyan bildirib.
Asif
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi