Nida.az
“Azərbaycanın yanındayıq”- Erməni sərhədindən İrəvana mesaj
Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İğdır şöbəsi İdarə Heyətinin üzvləri İğdırdakı Əlican Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin qarşısından Azərbaycana dəstək mesajı göndərib.
Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) verilən məlumata görə, Əlican qapısına geniş bir heyətlə gələn təşkilat üzvləri son vaxtlar Ermənistanın hücumları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasından dərin kədərini ifadə edərək “Azərbaycanın yanındayıq” mesajını veriblər.
Türkiyə - Azərbaycan Dərnəyinin sədri Ə.Türkoğlu açıqlamasında
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan
gərginliyin məhz Ermənistan tərəfinin hücumlarından qaynaqlandığını
vurğulayıb.
Ə. Türkoğlu Azərbaycanın şəhid olmuş əsgər ailələrinin dərdini
bölüşdüyünü və yaralılara şəfa dilədiyini deyib. Azərbaycanın hər
zaman bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu bildirən
Ə.Türkoğlu “Azərbaycanın Ermənistanın hücumlarının qarşısını alacaq
gücü var.
Son günlər cəbhə xəttində Azərbaycan ordusunun güclü duruşu bunu
bir daha sübut etdi”, – deyib.
Ən yaxın zamanda Dağlıq Qarabağ və ətraf rayonların azad
olunacağına ümid bəsləyən təşkilat sədri bu yolda Azərbaycan və
Azərbaycan əsgərinə hər bir dəstəyi göstərəcəklərini deyib.
Ə. Türkoğlu eyni zamanda Türkiyə ilə Ermənistan arasındakı Əlican
sərhəd-keçid məntəqəsinin ancaq Azərbaycan torpaqlarının işğaldan
azad edildikdən sonra açıla biləcəyini, digər şərtlərdə bunun
qəbuledilməz olduğunu söyləyib.
Asif
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ