Nida.az
Müdafiə nazirləri ildə iki dəfə görüş keçirəcək
Avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Eyni zamanda qərar qəbul edilmişdir ki, müdafiə
nazirləri bu formatda hər altı aydan bir görüşsünlər.
Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri
üçün brifinq keçirilib və Müdafiə nazirləri üçtərəfli görüşün
yekunları barədə medianı məlumatlandırıblar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxışı
Hörmətli mətbuat nümayəndələri!
Bu gün biz, Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə Nazirləri
üçtərəfli formatda ilk görüşümüzü keçirdik. Görüş zamanı regionda
cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri
ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin
edilməsi yollarını birgə araşdırdıq.
3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq.
Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik.
3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunmuşdur.
Mən Türkiyə Respublikasının Milli Müdafiə Naziri hörmətli İsmet
Yılmaz və Gürcüstanın Müdafiə Naziri hörmətli İrakli Alasaniya
cənablarına dəvətimizi qəbul edib Naxçıvana gəldiklərinə və bu iki
gün ərzində üçtərəfli görüşdə iştirak etdiklərinə görə təşəkkürümü
bildirirəm.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...