Nida.az
Azərbaycanlıların Suriyaya getməsinə səbəb olan sirli məktub – Şok
Suriyada döyüşən “Əl-Ənsar“ qruplaşmasının üzvü Akbar Şam orada döyüşən azərbaycanlılarla bağlı təşkilata yaxın saytlarda maraqlı bir məqalə dərc etdirib.
Publika.az xəbər verir ki, A.Şam Suriya cihadına qoşulan Zeyd (Zayda) adlı bir şəxsin məktubundan danışır.
Yazıdan məlum olur ki, bir çox gəncin Suriya cihadına
qoşulmasına səbəb məhz bu məktubdur. Məktub audio formasında
yayılıb. Burada Çeçenistandan olan Zeydin Suriyaya gəlişi öz əksini
tapır.
A.Şam yazır: “Yer kürəsinin hər yerindən, müxtəlif xalqlardan, müxtəlif irqlərdən olan insanlar Şamda cihada gəlir. Bu mücahidlərdən bəzilərinin həyatı diqqət çəkir və bir növ öyüd-nəsihət yükü daşıyır. Mən Azərbaycan torpaqlarından olan gənc bir qardaşdan Zeydin tarixçəsini öyrəndim. Biz çay süfrəsinə oturduq və söhbətə başladıq. Mənim gənc azəri qardaşımın necə cihada qoşulması ilə maraqlanıram. Demək olar ki, hər yerdə cihada qarşı bürokratik əngəllər mövcuddur. O, əvvəlcə cihad haqqında fikirlərinin qarışıq olduğunu inkar etmir. Lakin Məhəmməd Arqu, Səid Buryat və digərlərinin mühazirələrini dinlədikdən sonra haqq yoluna çıxır və cihada könül verir.
Mənim gənc həmsöhbətim əlavə edir ki, Şam torpaqlarına cihad
etmək üçün hicrətimə (ərəbcə köçmək- red) birbaşa səbəb Zeydin
məktubu oldu. Bu məktubu dinlədikdən sonra az qala kiminsə məni
itələdiyini hiss etdim. Sanki içimdən kimsə “get cihad elə, nə
qədər oturmaq və gözləmək olar” deyirdi. Bu çox sirli məktub idi,
çox təsirli idi.
Zeydin hansı məktubundan danışdığını soruşuram.
– Bu, audio yazıdır. Gənclər arasında məşhurdur. Zeyd çeçen dilində
bu məktubu qardaşlara ünvanlayıb. O, təkcə qardaşlara göndərmişdi,
amma necə oldusa, internetə də sızdı. Hansı ki, biz onu gizli
saxlamağa çalışırıq və yalnız qardaşlar arasında yayırıq.
Gənc qardaşım telefonundakı audio məktubu tərcümə etdi, onu
dinlədim və çox təsirləndim”.
Daha sonra cihadçı Zeydin hekayəsindən bəhs edir. Məktubun qısa
məzmunu belədir: Zeyd Çeçenistanda təqib olunur və gizli yolla
sərhədi keçmək istəsə də, bu baş tutmur. Daha sonra o, adını
çəkmədiyi Rusiyanın başqa bir şəhərinə yola düşür. Çox çətinlikdən
keçən Zeyd şəhərə çatanda qalmağa yeri olmur və soyuq onu dondurur.
Məcbur olub ticarət mərkəzlərinin birinə girir. Amma “axşam bura
bağlanacaq, o zaman nə edəcəm” deyə düşünür, daim Allahdan ona
kömək etməsini xahiş edir. Axşam ticarət mərkəzindən çıxmağa məcbur
olan Zeyd qalın qarla örtülmüş küçədə bir nəfərlə rastlaşır. O,
həmin adamın “qardaş” olduğunu anlayır. Həmin adam ona kömək edir
və getmək istədiyi yerə yola salır.
Daha sonra üç qardaşla qarşılaşır. (Amma heç bir ad
çəkilmir-red). Onlar onu doğma insan kimi qulluq edirlər.
Beləliklə, onu sərhəddən keçirib Suriyaya yola salırlar. Təyyarə
ilə Suriyaya gələn Zeydi orada qarşılayırlar və bir müddət
dincəldikdən sonra cihadçıların sırasına qoşulur.
“İndi mənim ən böyük arzum sizin də buraya gəlməyinizdir.
Cihaddan başqa yol yoxdur. Allah sizə səbir verəcək”, - deyən Zeyd
digər müsəlmanları da heç nədən çəkinmədən Suriyaya, cihada dəvət
edir.
Akbar Şam isə bildirir ki, onun gənc dostu azəri qardaşın Zeydlə
qarşılaşması maraqlı olub.
“Suriyaya gəlib, əvvəlcə Lazkiyəyə düşdüm. Orada Qafqazdan olan
çoxlu mücahid var idi. Bir dəfə oturub müxtəlif mövzularda söhbət
edirdik. Mən onlara Zeydin məktubundan danışdım. Onlar mənə qulaq
asır və gülümsəyirdilər. Qəribə idi. Sonra mənə bir mücahidi
göstərirlər və “sənin Zeydin budur, səninlə qarşı-qarşıya oturub”
deyirlər. Hansı ki, mən və Azərbaycandan olan bir çox qardaş Zeydin
məktubunu dinlədikdən sonra cihada qoşulmuşduq”, - Azərbaycandan
olan mücahid bildirir
Qeyd edək ki, adıçəkilən Zeyd bir neçə ay öncə döyüşlərdə
öldürülüb.
Asif Nərimanlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO