Nida.az
Müsavatçı yazarla partiya sədrləri toqquşdu – “Qıjı” qalmaqalı
Müsavat Partiyasının üzvü, hazırda mühacirətdə yaşayan Əli Əkbərin “Qrantyeyənlərin dağılan tifaqı” yazısı müxalif düşərgədə narazılıqla qarşılanıb.
Ə.Əkbər məlum yazıda qeyri-hökumət təşkilatları (QHT) ilə yazarların birliyinin alınmamasından danışır. O, bildirir ki, 1990-cı illərdə qeydiyyatsız, maneəsiz işləyən Azərbaycan QHT-ləri Gürcüstandan fərqli olaraq, publisist və yazarlarla işləməkdən qaçdılar. Onun “oyanan, ayılan, düzələn, gözü açılan vətəndaşların heç birinin sizə dəxli yoxdur. Onları nə siz QHT-lər, nə də siyasi partiyalar deyil, yazarlar, publisistlər, sənətçilər yetişdirdilər” sözləri partiyalar və siyasi təşkilatlarin hiddətini doğurub.
Əhrar Partiyasını sədri, Müsavat Partiyası icra aparatının
rəhbəri Arif Hacılının qardaşı olan Vaqif Hacıbəyli Ə.Əkbərin
fikirlərinə “həmişəki kimi, yazdıqlarında həqiqət payı da var,
başından böyük danışmaq da. Qardaş, bir az yavaşla da. Abrımıza
qısılmışıq, dinmirik deyə, lap “xod” gedirsiniz” deyə reaksiya
verib.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli isə məqaləni normal
hesab etsə də, dilinin tərbiyəsiz olduğunu bildirib.
“Üslubu isə “qıjıdır”. Yəni, ondan heç vaxt mütəfəkkir
olmayacaq, sadəcə, tarixdə epotaj düşkünü kimi qalacaq. Bu da
lazımdır. Qınamıram. İnsanda dərin komplekslər var. Anlayıram.
“Hürmək” sözündən çox istifadə etməsi dərin kompleksin nəticəsidir.
Sadəcə, heyif. Talantını insanları düşündürməyə sərf etməsi daha
yararlı olardı. Qıcıq heç də həmişə düşüncəyə cığır açmır”, - deyə
REAL rəsmisi Ə.Əkbəri ittiham edib.
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi