Nida.az
Suriyaya gedən ilk azərbaycanlı QAT-ın üzvü olub – Şok açıqlama
Suriya cihadına qoşulan ilk azərbaycanlı Rüstəm Əsgərov Qarabağ
Azadlıq Təşkilatının (QAT) üzvü olub.
Publika.az-a açıqlamasında bu
barədə QAT sədri Akif Nağı məlumat verib.
A.Nağı bildirib ki, R.Əsgərov dünyagörüşü geniş olan, fəlsəfəni, ərəb dilini bilən adam idi: “2003-cü ildə Qarabağda döyüşmək üçün dəstə yaratdılar. Sərhədi keçmək istəyəndə isə MTN tərəfindən saxlanıldılar. Dəstədə 23 nəfər var idi. Onların hər biri müxtəlif müddətə həbs olundu. R.Əsgərov həbsdən çıxandan sonra dəfələrlə bizə müraciət edərək Qarabağa getmək istədiyini deyirdi. Sonra eşitdim ki, Türkiyəyə köçüb, ailəsi ilə birgə orada yaşayır. Türkiyəyə səfərimiz zamanı onunla görüşmək istədim, amma vaxt baxımından görüşümüz alınmadı. Daha sonra eşitdim ki, Suriyaya gedib və öldürülüb”.
A.Nağı qeyd edib ki, həmin 23 nəfərin çoxu hazırda Türkiyədə yaşayır. “Azərbaycanda da yaşanlar var. Cəbhə bölgəsində gərginliyin olduğu vaxt biz Tərtərə, Ağdama səfərlər etdik. Tərtərdə olanda onların bir qrupu ilə görüşümüz də oldu. O vaxt Ali Baş Komandana müraciət edərək Qarabağda döyüşmək istədiklərini də açıqladılar”, - deyə QAT sədri bildirib.
QAT sədri qeyd edib ki, həmin şəxslərdən R.Əsgərovla birgə Suriyaya
gedənlərin olması barədə məlumatsızdır.
Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlılar bu günlərdə maraqlı bir məqalə ilə çıxış ediblər. Məqalədə R.Əsgərovun fəaliyyəti işıqlandırılır və onu hər zaman andığı üçün Akif Nağıya təşəkkür edirlər.
Xatırladaq ki, R.Əsgərov Suriyaya döyüşməyə gedən ilk
azərbaycanlıdır. O, “Əhraru-Şam” İslam hərəkatında azərbaycanlı
camaatın əmiri olub. 2013-cü ilin 5 dekabr tarixində Hələbdə gedən
döyüşlərdə öldürülüb.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO