Emin Hüseynov ELAN ETDİ: "Bu, bizi böyük qayıdışa bir qədər də yaxınlaşdıracaq"
Bizi izləyin

Nida.az

Emin Hüseynov ELAN ETDİ: "Bu, bizi böyük qayıdışa bir qədər də yaxınlaşdıracaq"

"Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci ağıllı kəndin layihələndirilməsi həyata keçirilir. Burada önəmli iş yerləri yaradılacaq. Bu kəndin Zəngilanın Ağalı kəndindən böyük olacağı gözlənilir. Son mərhələdə kənd 1500 evdən ibarət olacaq".

Publika.az">Publika.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ağdamda bərpa işləri digər işğaldan azad olunmuş ərazilərə nisbətdə irəlilədir:

"Hazırda şəhərdə əsas baza infrastrukturunun çəkilişi həyata keçirilir. Bu işlərin ilin sonuna qədər yekunlaşdırılması gözlənilir. Bərdə-Ağdam yolunun açılışı qrafiklə gələn il nəzərdə tutulsa da, hesab edirik ki, bu ilin sonuna qədər yekunlaşa bilər. Bunun üçün əlimizdən gələni edirik. Şəhər artıq elektrik enerjisisi ilə təmin olunub. Hazırda şəhərə magistral qaz və su xəttlərinin çəkilişi üzrə layihələndirmə işləri və baza infrastukruru ilə bağlı işlər yekunlaşmaq üzrədir".

Prezidentin xüsusi nümayəndəsi Ağdamda həyata keçirilən sosial infrastruktur layihələrinin icrasından danışıb:

"Həmçinin, Ağdamda artıq sosial infrastrukturun tikintisinə başlanılıb. Bura məktəbin, xəstəxananın, yaşayış binasının, sənaye parkının tikintisi, eyni zamanda tarixi-mədəni obyektlərin, İmarət kompleksinin, Qiyaslı və Cümə məscidlərinin restavrasiyası daxildir. Bundan sonrakı mərhələdə şəhərin mərkəzi hissəsi, bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq. Bu da bizi böyük qayıdışa bir qədər də yaxınlaşdıracaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm