Nida.az
Rusiya nəşri: “Qərb Azərbaycanda “idarəolunan xaos” hazırlayır”
“Naxçıvan işi” müxalifət və onları dəstəkləyən Qərb KİV-ləri
tərəfindən siyasiləşdirilir. Görünən odur ki, Azərbaycanda ciddi
provokasiyalar hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə Naxçıvanda QHT rəhbəri İlqar Nəsibovun döyülməsi barədə ajiotajların yaradılması prosesini şərh edən Rusiyanın “Vestik Qafqaz” nəşri yazıb.
Nəşr yazır ki, əslində insident məişət zəminində baş verib, lakin müxalifət bunu peşəkarcasına siyasiləşdirir. Qeyd olunur ki, bununla yeni “narazılıq” təxribatları hazırlanır. “Əslində heç bir rəngli inqilab təxribatsız ötüşmür. Misal üçün, Ukraynada 2004-cü ildə “Birinci Maydan” hadisələrinə səbəb aparıcı müxalifət nəşrinin redaktoru Qeorgi Qonadzenin qətli oldu. İndiyə qədər həmin qətlin üstün açılmayıb, lakin bunu “rejimin qurbanı” kimi təqdim etdilər. Bundan prezident Kuçmaya qarşı səmərəli şəkildə istifadə edildi və Amerikanın layihəsi Yuşenkonun qələbəsi ilə bitdi. “İkinci Maydan” hərəkatı da bu tipli provokasiyalarla başladı”.
Nəşr Qərbin Azərbaycanda da yeni provokasiyalara ələ atacağını
iddia edir: “Xüsusilə bu cür xoşagəlməz hadisələrin sui-qəsd kimi
təqdim edilməsi ilə proseslərə start verilir. Bu prosesdə əsas
vasitə vətəndaş cəmiyyəti və QHT-lərdir. Belə “hüquq müdafiəçiləri”
əslində Azərbaycandan kənarda yaşayan öz sifarişçilərinin
maraqlarını müdafiə edir. Ümumi məqsəd budur: Çox illik sabitliyin
və iqtisadi artım tempinin məhv edilməsi, ölkədə “idarəolunan xaos”
yaratmaq, demokratiya adı altında təzyiqlər etmək və ölkənin təbii
resurslarını əllərində saxlamaq. Qərb və onun agentləri tərəfindən
yaradılan provokasiyanın əsl mahiyyəti budur”.
Asif Nərimanlı
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər