Nida.az
Hikmət Babaoğlu: “Ramiz Mehdiyev konkret tapşırıqlar verdi”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə ötən gün keçirilən müşavirəni dəyərləndirib.
Publika.az-a açıqlamasında baş redaktor akademik Ramiz Mehdiyevin keçirdiyi müşavirənin çox aktual bir mövzuya həsr olunduğunu deyib.
“Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir. Avqustun əvvəllərində atəşkəs rejimi pozulan zaman sanki lokal informasiya müharibəsi başladı. Prezident Administrasiyası rəhbərinin də dediyi kimi, həmin zaman hərbi sirr daşıya biləcək məlumatlar ictimailəşdirildi və sosial mediada bu ənənə halını aldı. Faktiki olaraq bir çox internet media orqanları dezinformasiyanın ötürücüsünə çevrildi. Hətta, bu, elə bir həddə çatdırıldı ki, ictimai əhval ruhiyyə eyforiya vəziyyətinə çatdı. Sosial medialarda yayılan hərbi məlumatlar, o cümlədən hərbi texnikaların dislokasiyası ilə bağlı xəbərlərdən düşmən tərəfi asanlıqla kəşfiyyat məlumatı kimi istifadə edə bilər. Bununla da sosial media düşmənə dəqiq koordinatlar vermiş olur. Əlbəttə ki, bütün bunlar müharibə şəraitində olan bir dövlət üçün yaxşı hal deyildi”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru akademik Ramiz Mehdiyevin başçılığı ilə keçirilən müşavirədə konkret tapşırıqlar verildiyi bildirib.
H.Babaoğlu atəşkəs rejiminin intensiv pozulduğu dövrdə klassik medianın özünü daha yaxşı göstərə bildiyini əlavə edib.
Vasif Həsənli
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri