Nida.az
Biz bundan dərs çıxarmalıyıq - Şentop
Konfransa ev sahibliyi edən Azərbaycana təşəkkür edirəm. Türkiyə parlamentlərarası münasibətlərin gücləndirilməsinə böyük önəm verir.
Publika.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı deyib.
M.Şentop bildirib ki, koronavirus pandemiyası dünyada dərin sosial, iqtisadi və digər problemlərə səbəb olub:
“Eyni zamanda pandemiya sağlamlığımıza da təsir edib, hamımızın aqibəti eynidir və problemləri həll etmək üçün biz birgə hərəkət etməliyik. Bunun üçün regional əməkdaşlıq və həmrəylik vacibdir. Burada parlament diplomatiyasının əhəmiyyəti böyükdür. Biz öz aramızda əməkdaşlığı güclü şəkildə inkişaf etdirməliyik. Regional məsələlərin həllini qlobal aktorların əlinə verməməliyik. Çünki onlar problemləri dərinləşdirərək daha çox göz yaxşı axıdan qərarlar verirlər, biz bunu təcrübədə də görmüşük. Qlobal aktorların səmimiyyətdən kənar, yalnız öz maraqları naminə müdaxiləsi heç bir ölkəyə sülh, çiçəklənmə gətirməyib, əksinə, problemləri daha da dərinləşdirib. Bizim bunlardan dərs çıxarmağımız vacibdir. Ona görə də regional problemləri biz özümüz həll etməliyik”, - deyə Şentop əlavə edib.
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın




































