I Avropa Olimpiya Oyunlarını pozmaq istəyirlər - Şok iddia
Bizi izləyin

Nida.az

I Avropa Olimpiya Oyunlarını pozmaq istəyirlər - Şok iddia

Bakının 2015-ci il I Avropa Olimpiya Oyunlarına ciddi hazırlaşdığı bir vaxtda buna paralel olaraq digər mərkəzlər də hazırlıq mərhələsinə keçiblər. Lakin onların niyyəti Azərbaycan haqqında “qara piar” kampaniyalarının təşkilidir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası Qərb mənbələrinə istinadən məlumat yayıb.

“Bakı heç bir Avropa ölkəsinin üzərinə götürmədiyi bu oyunları keçirməyə razı oldu və bütün xərcləri ödəyəcəyini açıqladı. Hazırda ölkədə oyunlara ciddi şəkildə hazırlıq gedir. Lakin oyunlara ev sahibliyi etməkdən imtina edən Avropa ölkələrindəki mərkəzlər Bakıya qarşı “demokratiya, insan haqları, söz azadlığı” “prinsipi” ilə kampaniyaya hazırlaşır. Bu kampaniya tanışdır. 2012-ci ildə “Avroviziya” mahnı müsahibəsinə ev sahibliyi edən Bakıda Azərbaycan əleyhinə “qara piar” kampaniyasının bütün vasitələrindən istifadə edildi. Nəticə olmasa da, bu, xoşagəlməz hadisə idi. Son vaxtlar Qərb mediasında Azərbaycana qarşı insan haqları kontekstində səslənən tənqidlər, pafoslu çıxışlar eyni ssenarilərin 2015-ci ildə də tətbiq ediləcəyini göstərir. Qeyri-rəsmi mənbələr bunun üçün hətta “start” düyməsinə basıldığını da iddia edirlər”, - deyə məlumatda bildirilir.


Qeyd edək ki, bu ilin fevral ayında “Nezavismaya qazeta” nəşri də analoji xəbərdarlığı etmişdi. Nəşr yazırdı ki, qərbli hüquqşünaslar Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair aktual problemləri öz gündəliklərinə daxil ediblər. “Böyük ehtimalla bəzi ölkələr və beynəlxalq təşkilatlar idmanı siyasətin girovuna çevirmək təcrübəsindən imtina etmir”,- deyə Rusiya nəşri qeyd edirdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm