Nida.az
Türkiyənin dinlənməsində “Şahdəniz” faktoru
Türkiyəni dinləyən Almaniya və ABŞ-ın enerji maraqları ölkəni ciddi tədbirlər görməyə məcbur edib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Enerji Bazarı Tənzimləmə Təşkilatının üzvləri son iki ayda toplantıları mobil telefonlarsız keçirib.
Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi isə müəyyən fasilələrdə “böcək” yoxlamasından keçir. Ankarada böyük proyektləri həyata keçirən, milyardlarla dollarlıq enerji sektorunu idarə edən enerji rəhbərliyi, ölkədaxili və xaricdən edilən dinləmələrə qarşı bəzi tədbirlər görür.
Enerji Bazarı Tənzimləmə Təşkilatının rəhbəri Mustafa Yılmaz son 20 ildə telefon nömrəsini dəyişmədiyini deyir. “Uzun illərlərdir ki, telefonum qeyri-qanuni dinlənilir. Məni həm də şəbəkədən dinləyiblər. Məni nə qədər dinləsələr də, ölkəm üçün doğru olanı etməkdə davam edəcəyəm. İyirmi ildir ki, eyni nömrədən istifadə edirəm. İstifadə etməkdə də davam edəcəm”, - Yılmaz deyib.
M.Yılmaz qeyd edir ki, enerji sektoru ilə əlaqədar dinləmələrin bir çox hədəfləri ola bilər: “Türkiyə son dərəcə əhəmiyyətli bir coğrafi bölgədə yerləşir. Ölkəmiz enerji marşrutlarında körpü mövqeyindədir. Milyardlarla dollarlıq nüvə stansiyasi layihəsi icra edilir. Milyardlarla avroluq qaz-neft layihələri var. Bütün bunlar dinləmələrin səbəbləri ola bilər”.
Türkiyə mediasının yazdığına görə, söhbət aşağıdakı enerji layihələrindən gedir:
Nüvə stansiyası: Mersində 4800 meqavatlıq və 20 milyard dollar dəyərində “Akkuyu” nüvə stansiyası tikilir. Sinopda da 22 milyard dollar dəyərində olan ikinci bir nüvə stansiyasının tikilməsi gündəmdədir.
Boru xətti: Azərbaycanın “Şahdəniz” yatağından çıxarılacaq qazı Türkiyə üzərindən Avropaya çatdıracaq TANAP boru xəttinin inşası başlayıb. Kəmərin Türkiyədən keçəcək hissənin sərmayə dəyəri 10 milyard dollardır.
Neft-qaz: Şimali İraq və İsrail qazının Türkiyə üzərindən ixracı gündəmdədir. Kürd bölgəsinin neft və qaz ehtiyatlarının ixracında isə Türkiyə açar rolunu oynayır. Türkiyəyə Şimali İraqdan bu günə qədər 1 milyard dollarlıq neft gəlib.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”